{category-title}

Ukrayna Qara dənizdə Qazaxıstan nefti daşıyan tankerlərə hücum etməməyi öhdəsinə götürüb

Ukrayna Rusiya ilə əlaqəsi olmayan neft tankerlərinə və Qazaxıstan neftinin ixracı üçün zəruri olan Qara dənizdəki infrastruktura zərbələr endirməməyi öhdəsinə götürüb.

Bu barədə "Bloomberg" agentliyi amerikalı məmura istinadən məlumat yayıb.

Məmurun sözlərinə görə, Kiyev Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna, eləcə də terminala doğru hərəkət edən gəmilərə zərbələr endirməkdən çəkinəcək. Bir şərtlə ki, həmin gəmilər Rusiya ilə əlaqəli olmasın, Ukraynanın sanksiyaları altında olmasın və Rusiya yükü daşımayıb.

Vurğulanıb ki, Ukrayna bu öhdəlikləri ABŞ rəsmiləri ilə danışıqlardan sonra üzərinə götürüb.

Bundan əvvəl "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər verib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynanı Qara dənizdə üçüncü ölkələrə məxsus gəmilərə və neft infrastrukturuna zərbələr endirməyin yolverilməz olduğu barədə xəbərdar edib.

Nəşrin məlumatına görə, Amerikanın Chevron şirkətinin baş direktoru Mayk Virt Ağ Ev nümayəndələri ilə söhbətində Ukraynanın zərbələri nəticəsində yaranan dolayı zərər məsələsini qaldırıb. Şirkət XBKK-da 15 faizlik paya sahibdir və öz infrastrukturunun qorunmasında maraqlıdır.

Konsorsium Qara dənizdəki terminalı ərazisində tankerlərə PUA hücumları barədə dəfələrlə məlumat verib. XBKK-nın neft kəməri sistemi Xəzər regionundan dünya bazarlarına neft nəqlinin ən böyük marşrutudur. Uzunluğu 1,5 min km olan magistral boru kəməri Qərbi Qazaxıstandakı yataqları Qara dənizin Rusiya sahili ilə birləşdirir. Burada neft XBKK-nın dəniz terminalı vasitəsilə tankerlərə yüklənir.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər