{category-title}

AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib

İyunun 11-də Amerika Ticarət Palatası (AmCham Azərbaycan) Bakıda keçirilən və beynəlxalq səviyyədə tanınan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib.

Forum dövlət qurumlarının nümayəndələrini, qabaqcıl biznes ictimaiyyətini və müvafiq sahələr üzrə ekspertləri bir araya gətirərək, elm və innovasiyanın iqtisadiyyatın və müxtəlif sənaye sahələrinin gələcəyinin formalaşdırılmasındakı roluna dair müzakirələr üçün platforma yaradıb.

“Technovation by PMI” innovasiya, elm və tənzimləmə məsələləri ətrafında dialoqu təşviq edən beynəlxalq forumlar silsiləsinin tərkib hissəsidir.

Müzakirələr zamanı vurğulanıb ki, elmi araşdırmalarla dəstəklənən texnoloji tərəqqi iqtisadiyyatın və biznes modellərinin transformasiyasına töhfə verməklə yanaşı, ictimai maraqların təmin edilməsində də mühüm rol oynaya bilər. İştirakçılar həmçinin innovasiyaların təşviqi, yeni texnologiyaların potensial üstünlüklərinin reallaşdırılması və əlverişli innovasiya ekosisteminin formalaşdırılması baxımından aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin, eləcə də sübuta əsaslanan siyasət yanaşmalarının əhəmiyyətini müzakirə ediblər.

Tədbir AmCham Azərbaycanın Prezidenti cənab Dəyanət Sadullayevin açılış nitqi ilə başlayıb. O, innovasiyaya əsaslanan inkişafın təşviqi məqsədilə dövlət qurumları, biznes ictimaiyyəti və beynəlxalq tərəfdaşlar arasında konstruktiv dialoq və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Forum iştirakçılarını salamlayan Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müşaviri cənab Hüseyn Hüseynov, Azərbaycanın iqtisadi inkişaf prioritetləri və uzunmüddətli rifahın təmin edilməsində qeyri-neft-qaz sektorunun artan rolu barədə fikirlərini bölüşüb.

Daha sonra PMI şirkətinin MDB regionu üzrə Xarici Əlaqələr Direktoru cənab Aleksey Kim çıxış edərək innovasiyaları təşviq edən, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirən və cəmiyyət üçün fayda yaradan tənzimləmə və vergi siyasətinin vacibliyini qeyd edib.

Forum çərçivəsində keçirilən “Qeyri-neft-qaz sektorunun təşviqi və inkişafı yolu ilə iqtisadi diversifikasiya” mövzusunda ilk panel sessiyasında Azərbaycanın iqtisadi transformasiyasını dəstəkləyən imkanlar və siyasət prioritetləri müzakirə olunub. Paneldə Azərbaycan Respublikasının Energetika nazirinin müavini cənab Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri cənab Valeh Ələsgərov və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı Direktoru cənab Fariz Cəfərov çıxış ediblər. Sessiyanın moderatoru AmCham Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İqtisadiyyat Komitəsinin sədr müavini, PASHA Financial Holding şirkətinin İnnovasiyalar üzrə rəhbəri xanım Tuğra Musayeva olub.

Müzakirələr ikinci panel sessiyasında “Zərərin azaldılması və dayanıqlı inkişaf istiqamətində korporativ transformasiya” mövzusu ilə davam edib. Bu sessiyada, şirkətlərin dəyişən bazar tələblərinə uyğunlaşmaq, dayanıqlılığı artırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə innovasiya, texnologiya və elmi nailiyyətlərdən necə istifadə etdikləri müzakirə olunub. Paneldə Acwa şirkətinin İcraçı-idarəedici Direktoru Dr. Uyqar Durgunay, bp şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri xanım Marianna Kərimova və PMI şirkətinin Elmi Fəaliyyətlər üzrə Direktoru xanım Tomoko İida çıxış ediblər. Sessiyanın moderatoru PMI şirkətinin nümayəndəsi cənab Oleksii Kalynichenko olub.

“Technovation elmə əsaslanan innovasiyalara və açıq dialoqa sadiqliyimizi əks etdirir. Sübuta əsaslanan tənzimləmə bu prosesdə mühüm rol oynayır, innovasiyaların inkişafı və daha yaxşı alternativlərə çıxış üçün şəffaf və proqnozlaşdırıla bilən fəaliyyət mühiti yaradır”– deyə PMI şirkətinin Qafqaz regionu üzrə İdarəedici Direktoru cənab Yuri Qordok bildirib.

Tədbir AmCham Azərbaycanın İcraçı Direktoru cənab Zaur Kərimovun yekun nitqi ilə başa çatıb. O, bu kimi təşəbbüslərin Azərbaycanın innovasiya və gələcəyə yönəlmiş dialoq üçün mühüm platforma kimi mövqeyinin gücləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib. Cənab Kərimov həmçinin tədbirin uğurla keçirilməsinə verdikləri töhfəyə görə bütün spikerlərə, iştirakçılara, dövlət qurumlarının nümayəndələrinə və PMI şirkətinə təşəkkürünü bildirib. O vurğulayıb ki, tədbirin uğuru innovasiyaların təşviqi, bilik mübadiləsinin genişləndirilməsi və Azərbaycanın dayanıqlı iqtisadi inkişafına dəstək göstərilməsi istiqamətində ortaq öhdəliyin göstəricisidir.

150-dən çox iştirakçının, o cümlədən yüksək səviyyəli biznes ictimaiyyəti, dövlət qurumlarının nümayəndələri, digər aidiyyəti tərəflər, eləcə də yerli və beynəlxalq media nümayəndələrinin qatıldığı tədbir mövzunun aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirib. Qeyd edək ki, 2026-cı ildə “Technovation” forumu artıq ABŞ və İsveçdə də uğurla təşkil olunub.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər