{category-title}

BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr


1918-ci ilin yayında Osmanlı qoşunlarının Gəncə istiqamətində hərəkəti Sovet Rusiyası və Bakı Xalq Komussarları Sovetində ciddi narahatlıq doğururdu.Bu məsələ ilə bağlı Almaniya da Gürcüstana təsir göstərir, Türkiyə qoşunlarını öz ərazisindən Azərbaycana buraxmamağa çağırırdı. Buna görə iyunun 10-da Azərbaycana hərəkət edən türk qoşunları alman-gürcü hərbi birləşmələri ilə üz-üzə dayandı. Az sürən hərbi əməliyyat nəticəsində Türkiyə ordusu general Kressin başçılıq etdiyi alman-gürcü ordu dəstələrini geri oturtdu və xeyli əsir götürdü.

Bəs, iyunun 10-da dünyada daha hansı hadisələr baş verib?

1. 10 iyun 1916-cı ildə Məkkə şəhəri Osmanlı dövlətindən, üsyan nəticəsində, ərəblərin əlinə keçdi.

2. 1930-cu ilin bu günündə Türkiyə ilə Yunanıstan arasında, Əhali Mübadiləsi Razılaşması imzalandı.

3. 10 iyun 1934-cı ildə İran şahı Rza Pəhləvi, Türkiyəni ziyarət məqsədilə Gürbulakda Türkiyə sərhəddinə gəldi və təntənəli şəkildə qarşılandı.

4. 1940-cı ilin 10 iyununda Mussolini Hitlerin müttəfiqi olaraq II Dünya Müharibəsinə girdi.

5. 10 iyun 1943-cü ildə Amerikalı ticarət agenti Milton Reynolds ilk diyircəkli qələmi patentləşdirib. Kütləvi istehsal edilən bu qələmə tələbat həddən çox olub. Nyu-Yorkun bir mağazasında gün ərzində on min belə qələm satılıb.

6. 1946-cı ilin 10 iyununda İtaliyada monarxiya ləğv edildi, respublika elan olundu.

7. 10 iyun 1967-cı ildə Ərəb-İsrail müharibəsində İsrail Qəzzə zolağı, Colan təpələri, Şərqi Qüds, İordan çayının qərb hissəsi və Sinay Yarımadasını işğal etdi.

8. 2000-ci ilin bu günüdə Suriya Prezidenti Hafız Əsad vəfat etdi və yerinə oğlu Bəşər Əsəd gətirildi.

10 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ilin 10 iyununda dünyaya gəlib. Kəndlilərin torpaqlarını tutmaq istəyən yerli mülkədarlara müqavimət göstərdikdən sonra qaçaq düşən Nəbi 1875-ci ildən Zəngəzur qəzasında çar hökumətinə qarşı 20 il mübarizə aparıb.

2. Bu gün Azərbaycanın xalq şairi Süleyman Rüstəmin xatirə günüdür. Onun İkinci Dünya Müharibəsi dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Sonrakı illərdə siyasi lirika və məhəbbət lirikasının gözəl nümunələrini yaradıb (1906-1989).

3. Bu gün Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun xatirə günüdür. 30-cu illərdə “Bayatı Kürd” muğamı əsasında fantaziya, “Cəngi” və “Qəhrəmani” pyesləri məhz xalq çalğı alətləri orkestri üçün yazan Səid Rüstəmov həm də “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyalarının müəllifidir. Bəstəkar 1983-cü ilin bu günü 82 yaşında dünyasını dəyişib (1907-1983).

4. Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, filologiya elmləri doktoru , professor, Azərbaycan SSR EA həqiqi üzvü, Azərbaycanın SSR Əməkdar elm xadimi Məmməd Arif (Dadaşzadə) 10 iyun 1904-cü ildə anadan olub.

5. 10 iyun dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş, həm Qırğızıstan, həm də bütün türk dünyasının fəxri olan Çingiz Aytmatovun xatirə günüdür. O, 2008-ci ilin 10 iyununda vəfat edib. Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biri kimi qəbul olunur. Çingiz Aytmatovun yaradıcılığının pik nöqtəsi “Əsrə bərabər gün” romanıdır. 1980-ci ildə yazdığı bu roman sovet ədəbiyyatının Qərb ədəbiyyatı ilə rəqabətdəki xüsusi çəkisini, hətta qələbəsini meydana qoydu.(Bizim.Media)

Son xəbərlər

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Bütün xəbərlər