{category-title}

Alışanovun büdcədən oğurladıqlarının izi ilə... - İTTİHAM
Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri Arif Alışanovun Ukraynada restoran və ticarət obyektlərinin olması barədə xəbərlər əldə etmişik

AzEuroNews.com -a Ukraynadakı özəl mənbələrdən verilən məlumata görə, Ukraynanın Dnepropetrovsk bölgəsində “Bakinskiy Dvorik” adlı restoran və “Şəkər-bura” adlı çay evi fəaliyyət göstərir.

Redaksiyamıza həmin restoranın fotosu da göndərilib. Göndərilən məlumatda qeyd olunur ki, sözügedən restoran və çay evinin əsl sahibi Arif Alışanovdur. Hazırda həmin restoranlara AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə keçmiş müxbiri Möhsün Qədiroğlu nəzarət edir.
Alışanovun büdcədən oğurladıqlarının izi ilə... - İTTİHAM
“Möhsün Qədiroğlu özü də bizə dəfələrlə deyib ki, bu restoran Arif Alışanova məxsusdur. Restorana daha çox azərbaycanlılar və Azərbaycandan Ukraynaya gedən qonaqlar dəvət olunur”– deyə məlumatı verən mənbə qeyd edib.

Məlumatı verən şəxs deyir ki, keçmiş AzTV sədrinin Ukraynadakı obyekti təkcə bunlar deyil. Onun Kiyev, Xarkov və digər əyalətlərdə də restoranları, ticarət obyektəri var. A.Alışanov həmin obyektlərə də nəzarəti M.Qədiroğluna tapşırıb.

Xatırladaq ki, Arif Alışanov 28 mart 2005-ci ildə dövlət başçısının sərəncamı ilə “Azərbaycan Teleradio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, 16 avqust 2006-cı ildə isə sədr vəzifələrinə təyin olunub. Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli sərəncamı ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsindən azad olunub.

Hazırda onun səlahiyyətlərini sədr müavini Rövşən Məmmədov icra edir. R.Məmmədov bu vəzifəni icra edəndən AzTv-də köklü kadr dəyişikliyi edib.

Televiziyanın xaricdəki bir çox bürosunu bağlayıb. Onların arasında Möhsün Qədiroğlunun rəhbərlik etdiyi Ukrayna və Şərqi Avropa bürosu da var.

AzEuroNews.com

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər