{category-title}

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın rəhbərliyi formalaşdırılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərdən ibarət tərkibinin ilk iclası keçirilib.

İclasda təşkilati məsələlərə baxılıb və səsvermə yolu ilə "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Mürvət Həsənli İctimai Şuranın sədri, "Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyası"nın üzvü Emin Əliyev sədr müavini, Azərbaycan Dövlət Aqrar Universitetinin Zoomühəndislik fakultəsinin dekan müavini, "Azərbaycan Maarifçilər Assosiasiyası"nın üzvü Günel Əmiri katib seçilib.

Daha sonra Şuranın üzvlərinin nazirliyin rəhbərliyi ilə görüşü olub. Nazir Məcnun Məmmədov Şuranın üzvlərini təbrik edib, onlara ictimai iştirakçılıq fəaliyyəti sahəsində uğurlar arzulayıb. Ölkəmizdə kənd təsərrüfatının inkişafının prioritet istiqamətlərdən biri elan edildiyini xatırladan nazir İctimai Şura üzvlərini aqrar sahənin dinamik inkişafı istiqamətində görülən işlərdə, keçirilən tədbirlərdə fəal iştirak etməyə, həyata keçirilən təşəbbüslərə ictimai dəstək verməyə çağırıb.

O, qeyd edib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar məhsulların istehsalının və ixracının artırılması, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinin bərpa edilməsi, aqrar sahədə yeni texnologiya və innovasiyaların tətbiqi, kənd təsərrüfatında süni intellektin tətbiqinə dair layihələrin dəstəklənməsi, fermerlərin rifah halının yaxşılaşdırılması Nazirliyin qarşısında duran əsas vəzifələrdir və bu istiqamətlərdə davamlı işlər görülür.

Nazirin sözlərinə görə, vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətlər üzrə ictimai iştirakçılıq fəaliyyətini gücləndirməsi, maarifləndirmə işində fəal iştirak etməsi vacib amillərdən biridir. M.Məmmədov Şura üzvlərinin aqrar sektorun müxtəlif istiqamətlərini təmsil edən ictimai qurumların nümayəndələri olduğunu xatırladıb və bu amilin nazirliklə vətəndaş cəmiyyəti təmsilçiləri arasında səmərəli əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyini bildirib.

M.Həsənli müxtəlif Dövlət Proqramlarında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib, Şuranın bu vəzifələrin icrası ilə bağlı Fəaliyyət Planı hazırlayacağını deyib. Görüşdə Şuranın fəaliyyətinin səmərəli təşkil edilməsi, ictimai iştirakçılıq tələb edən məsələlərdə məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər