{category-title}

Əsrikçaydan sel keçib, Qubadlıya dolu düşüb - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 19-u saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Xidmətdən verilən məlumata görə, düşən yağıntının miqdarı Qaxda 35 mm, Tovuzda 31 mm (aylıq normanın 55 faizi ), Cəfərxan (aylıq normanın 97 faizi), Şəkidə 25 mm, Naftalanda 24 mm, Sabirabadda 20 mm (aylıq normanın 73 faizi), Hacıqabulda 19 mm (aylıq normanın 98 faizi), Gəncədə 19 mm, Göygöl, Ağdamda 18 mm, Qusarda 13 mm, Oğuzda 10 mm, İmişli, Şahdağda 9 mm, Tovuzda 7 mm Balakən, Biləsuvarda 6 mm, Qəbələ, Şabran, Şirvan, Şahbuz, Daşkəsən, Şəmkirdə, Gədəbəy, Xaltan, Quba, Altıağac, Beyləqan, Şamaxı, Tərtər, Mingəçevir, Şamaxı, Qrız, Sədərək, Ceyrançöl, Ağstafa, Zaqatala, Qobustan, Bərdə, Yevlax, Zərdab, Yardımlı, Neftçalada 1-5 mm, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Şimal-qərb küləyi Bərdədə 28, Goranboyda 25, Gəncədə 24, Cocuqmərcanlı, Daşkəsəndə 23, Naftalan, İsmayıllı, Göyçayda 22, Şəmkir, Oğuz, Tərtər, Bərdə, Mingəçevirdə 18, Sabirabadda 17, Naxçıvan, Göygöldə 16, Zaqatala, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.

İyunun 18-də saat 20:00 radələrində Tovuz rayonu ərazisindən axan Əsrikçaydan sel keçib. Saat 17:00 radələrində Qubadlı rayonu ərazisinə dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 24, Aran rayonlarında 37 dərəcəyədək isti olub.

 

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər