{category-title}

Ankara Dəməşqlə birbaşa danışıqlar üçün qoşunların çıxarılmasını qəbul etməyəcək


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Suriya rəhbərliyi ilə birbaşa danışıqlar üçün heç bir ilkin şərti, o cümlədən qoşunlarının Suriya ərazisindən çıxarılmasını qəbul etməyəcəyini bildirib.

Bu barədə ölkənin xarici siyasət idarəsinin başçısı “HaberTürk”ə müsahibəsində danışıb.

“Gələcəkdə Suriya ilə təmaslar mümkündür, lakin hələ çox iş görülməlidir və biz heç bir ilkin şərti qəbul etməyəcəyik. Danışıqlar üçün qoşunlarımızın Suriyadan çıxarılması şərtini qəbul etməyəcəyik. Biz çəkiləcəyik və bizə qarşı təhdidlər yenidən başlayacaq”, - diplomat telekanalın efirində vurğulayıb.

Nazir xatırladıb ki, əvvəllər əldə edilmiş razılaşmalara əsasən, Dəməşq Türkiyəyə qarşı bütün sərhəd təhdidlərini aradan qaldırmalı idi, lakin Ankara onları hələ də görür. Söhbət Türkiyədə terrorçu kimi tanınan kürd qruplaşmalarının Suriyanın şimalındakı fəaliyyətindən gedir.

Türkiyə, Rusiya, Suriya və İranın iştirak etdiyi Suriya üzrə dördtərəfli danışıqlara gəlincə, Çavuşoğlu “danışıqlar prosesini canlandırmaq və həll yolu tapmaq üzərində işləmək lazım” olduğunu deyib:

“Siyasi prosesi bərpa etmək lazımdır. Başqa seçim yoxdur. Astana prosesi var ki, orada həm rejim (Bəşər Əsəd hökuməti – red.), həm də müxalifət iştirak edir. Müxalifətin də qüvvələri var”.

Çavuşoğlunun sözlərinə görə, “BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində” siyasi prosesi bərpa etmək lazımdır. Eyni zamanda o qeyd edib ki, “Suriya rejimi hələ də vəziyyəti siyasi yolla həll etmək arzusunda deyil və o, hərbi yolla həllə üstünlük verir”.

Dördtərəfli mexanizmin işində İranın rolunu dəyərləndirən Çavuşoğlu vurğulayıb ki, “bunu destruktiv adlandıra bilməz”:

“Mən deməyəcəyəm ki, bu günə qədər onun rolu destruktiv olub. İranı dəvət etmək, təbii ki, Rusiyanın təşəbbüsü olub. İranın gələcəkdə hansı töhfələr verəcəyi vacibdir”.

O həmçinin Ankaranın “Rusiya tərəfdən dörd ölkənin xarici işlər nazirlərinin mayın əvvəlində görüşünün keçirilməsinin mümkünlüyü barədə məlumat aldığını” bir daha vurğulayıb və bu məsələ ilə bağlı Moskva ilə təmasları davam etdirir.

Son xəbərlər

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Bütün xəbərlər