{category-title}


Gələn ildən qiymət artımları davam edəcək və... - DEPUTAT AÇIQLADI

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 10 ayında inflyasiya 6,2% olub. Bu, 2017-ci ildən sonra ən yüksək illik rəsmi inflyasiya göstəricisidir.

Bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, rəsmi statistikaya əsasən, bu il ərzində bütün aylar üzrə əvvəlki aya nisbətən illik inflyasiya səviyyəsi daha yüksək olub: "Belə ki, ilə rəsmi 2,7 faizlik illik inflyasiya ilə başlanılsa da, bu rəqəm 10 ayda 3 dəfə bənd daha artıb. Komitənin hesablamalarına görə, ərzaq məhsullarının qiyməti daha çox yüksəlib. Belə ki, inflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4%, qeyri-ərzaq məhsulları üzrə 104,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4% olub. Noyabr ayında qiymət səviyyəsi əvvəlki ilin uyğun ayı ilə müqayisədə 11,1% çox olub".

V.Bayramovun sözlərinə görə, rəsmi inflyasiya rəqəmi göstərir ki, istehlak bazarında qiymətlərin optimallaşdırılması üçün daxili təklifin artırılması və fermerlərin paytaxt bazarlarına çıxışının təşviq edilməsinə ehtiyac var: "Qarşıdan bayram günlərin gəldiyini nəzərə alsaq, paytaxtda mütəmadi fermer yarmarkalarının təşkili məqsədəuyğun olardı. Bu zaman xərclərin bir hissəsinin, o cümlədən nəqliyyat xərclərinin yerli icra hakimiyyəti orqanları və müvafiq mərkəzi icra hakimiyyəti qurumu tərəfindən qarşılanmasına ehtiyac var.

Digər tərəfdən, ilkin proqnozlara görə, gələn ilin birinci yarısında da dünya bazarında qiymət artımları davam edəcək. Bu baxımdan, ümumi istehlakda yerli istehsalın payının artırılması prioriteti daha da aktuallaşır. İdxal inflyasiyanın minimumlaşdırılması üçün yerli istehsalın genişləndirilməsi olduqca vacibdir".

Son xəbərlər

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

UEFA Çempionlar Liqası: "Sabah"ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Bütün xəbərlər