{category-title}

XİN-dən Azərbaycanın İƏT-ə üzvlüyünün ildönümü münasibətilə BƏYANAT

 


Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İslam Əməkdaşlığı Təşkilatına üzvlüyünün 30-cu ildönümü münasibətilə bəyanat yayıb.

Bəyanatda deyilir:

"8 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzvlüyünün 30 ili tamam olur.

İƏT ilə münasibətlərin inkişafı və təşkilat ilə dəyərli əməkdaşlığın genişləndirilməsi Azərbaycan Respublikasının xarici siyasət prioritetlərinə daxilidir və son 30 ildə bu istiqamətdə ölkəmiz tərəfindən davamlı addımlar atılıb.

1991-ci ilin dekabrın 8-də İslam Əməkdaşlıq Konfransının Zirvə görüşündə təşkilata tamhüquqlu üzv seçilən Azərbaycan, keçmiş sovet respublikaları arasında təşkilatın sıralarına qoşulan ilk ölkə olmuşdur. Bu illər ərzində Azərbaycan İƏT-in, habelə İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) fəal üzvü olmaqla yanaşı, İslam həmrəyliyinin gücləndirilməsinə xidmət edən yeni təşkilatların – İƏT Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyasının yaradılmasının təşəbbüskarı olub. 2006-cı ildə Azərbaycan İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü Konfransına, 2010-cu ildə isə İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısına ev sahibliyi edib. 2017-ci il Azərbaycan Respublikası Prezidenti tərəfindən ölkədə “İslam Həmrəyliyi İli” elan edilib və həmin ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

Azərbaycan, İƏT tərəfindən keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi yüksək dəyərləndirir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son verməklə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, həm BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin, həm də İƏT-in qəbul etdiyi çoxsaylı qətnamələrin tələblərini yerinə yetirdi.

İƏT 44 günlük müharibə zamanı verdiyi ictimai bəyanatları ilə Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Münaqişə sonrasında İƏT-in Kontakt Qrupunun Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri isə bölgədəki vəziyyətlə, bu ərazilərdə uzun illər ərzində Ermənistan tərəfindən məqsədyönlü şəkildə aparılmış qeyri-qanuni fəaliyyət ilə, xüsusilə də İslam irsinə qarşı törədilmiş vandalizm aktları ilə tanış olmaq baxımından müstəsna əhəmiyyət kəsb etdi. İƏT-in beynəlxalq hüququn prinsipləri əsasında Azərbaycana verdiyi dəyərli dəstək bölgədə davamlı sülhün və əminamanlığın təmin olunmasına töhfədir.

Azərbaycan, milli maraqlarına əsaslanan xarici siyasət prioritetlərinə uyğun olaraq, bundan sonra da İƏT ilə yüksək səviyyəli və çoxşaxəli əməkdaşlıq münasibətlərinin inkişafı naminə səylərini əsirgəməyəcək və birgə fəaliyyət nəticəsində həm üzv ölkələr arasında həmrəyliyin möhkəmlənməsinə, həm də beynəlxalq sülhün təmin olunmasına töhfə verəcəkdir".

 

Son xəbərlər

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər