{category-title}

 

Əli Nağıyev İtaliyanın Maliyyə Qvardiyasının baş komandanını qəbul etdi

 


Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ölkədə səfərdə olan İtaliyanın Maliyyə Qvardiyasının baş komandanı Cüzeppe Zafarananın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.

Söhbət zamanı dövlət başçılarının səyləri nəticəsində iki ölkə arasında sıx əlaqələrin qurulmasından və mövcud dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, gələcək əməkdaşlığın inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

General-polkovnik Əli Nağıyev beynəlxalq müstəvidə ölkələrimizin daim bir-birini dəstəklədiyini, dünyada cərəyan edən yeni çağırış və təhdidlərin qarşısının alınması üçün ikitərəfli təmasların dərinləşdirilməsinin vacibliyini qeyd edib.

Transmilli mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, insan alverinə, qaçaqmalçılığa, kibercinayətkarlığa və digər bu kimi qanunazidd əməllərə qarşı mübarizədə birgə səylərin daha da gücləndirilməli olduğunu qeyd edən Xidmət rəisi Azərbaycanda yeni dövrün tələblərinə adekvat cavab verə biləcək təhlükəsizlik sisteminin formalaşdırıldığını diqqətə çatdırıb.

Eyni zamanda, ölkələrin təhlükəsizlik orqanlarının Akademiyaları arasında işbirliyinin genişləndirilməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının biliklərinin və təcrübələrinin artırılması, kadrların hazırlanması məqsədilə İtaliyanın müvafiq təhsil ocağında təşkil olunmuş kurslara cəlb olunması xüsusi vurğulanıb.

Səmimi qarşılanmaya və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən italiyalı qonaq Azərbaycana səfərin onda xoş təəssürat yaratdığını, iki dövlətin çoxşaxəli əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və daha müntəzəm olacağına əminliyini ifadə edib.

Yuxarıda sadalanan təhdidlərə qarşı birgə mübarizənin əhəmiyyətindən də danışan Cüzeppe Zafarana İtaliya ilə Azərbaycan arasında möhkəm və davamlı tərəfdaşlığın olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlərlə də bağlı geniş müzakirələr aparılıb.


Son xəbərlər

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Oman sahillərində neft tankeri minaya düşüb

Sabah Şahbuzda işıq kəsiləcək

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib

Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Azərbaycanda şənbə günü hava dumanlı olacaq

Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək

SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib

Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Fira Cəlilovanın bağ evində saxlanılan şəxsin fotosu yayıldı - FOTO

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib

Politico: Tramp Rutte ilə razılaşdırmadan birgə bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Azərbaycan-Litva Dəyirmi Masası keçirilib

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb

Bütün xəbərlər