{category-title}

 

Ermənistan son 10 ildəki hərbi xərclərinin 77 faizindən çoxunu 44 gündə itirib - BMT Mərkəzinin təsbiti

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ingilis dilində “İkinci Qarabağ müharibəsinin Ermənistan üçün iqtisadi və hərbi nəticələri” adlı təhlil hazırlayıb.

Ovqat.com-un məlumatına görə, təhlil üç əsas hissədən ibarətdir. Birinci hissədə əsas diqqət Ermənistanın münaqişə tərəfi olmaması və müharibənin keçmiş işğal olunmuş Azərbaycan ərazilərində mövcud olan qondarma rejim tərəfindən aparılması iddialarının səhv olmasına yönəldilib. Qeyd edilib ki, Azərbaycana qarşı müharibə aparan Ermənistan olub və bunun nəticəsində də böyük hərbi zərərlə üzləşib. Birinci hissədə Ermənistanın qarşılaşdığı canlı qüvvə itkisi ilə bağlı da ətraflı məlumatlar verilib. İtkilərin özünün və miqyasının da Ermənistanın müharibədə nə dərəcədə aktiv iştirak etdiyini göstərən faktorlardan biri olduğu vurğulanıb.

Təhlilin ikinci hissəsi isə Ermənistanın qarşılaşdığı hərbi texnika itkilərinə həsr edilib. Bu hissədə müharibə nəticəsində Ermənistanın məhv edilmiş və ya Azərbaycan ordusu tərəfindən qənimət kimi götürülmüş bütün hərbi avadanlıqlarının və texnikalarının siyahısı yer alıb. Qeyd edilib ki, Ermənistanın hərbi texnika itkiləri böyük miqyasa malik olduğundan yaxın gələcəkdə bu itkilərin Ermənistan tərəfindən bərpası mümkün deyil.

Üçüncü hissə isə müharibə nəticəsində Ermənistanın qarşılaşdığı iqtisadi zərərlər haqqındadır. Bu hissədə Ermənistanın itirdiyi hərbi texnikanın ümumi dəyəri hesablanıb və Ermənistanın son on ildəki hərbi xərcləri ilə müqayisə edilib. Nəticədə müəyyən edilib ki, Ermənistanın İkinci Qarabağ müharibəsində itirdiyi hərbi texnikanın dəyəri onun son on ildə ümumi hərbi xərclərinin 77 faizindən çoxunu təşkil edir. Müharibə nəticəsində Ermənistanın qarşılaşdığı digər zərərləri də nəzərə alsaq məlum olur ki, Ermənistan özünün son illər ərzində formalaşdırdığı hərbi imkanlarında demək olar ki, tamamilə məhrum olub.

Sonuncu hissədə qeyd edilib ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mövcud olan təbii ehtiyatları da qanunsuz olaraq istismar edib. Müharibə nəticəsində Ermənistanın uzun müddət istismar etdiyi bu ehtiyatlardan məhrum olub. Bu da onun üçün qida və enerji təhlükəsizliyi baxımından böyük problemlər yaradacaq. Bunlarla yanaşı, müharibə nəticəsində Ermənistanın fiskal sahədə, dövlət borcunun artması və milli valyutanın ucuzlaşması ilə bağlı qarşılaşdığı problemlərə də yer ayrılıb.

Təhlilin sonunda qeyd edilib ki, müharibə nəticəsində qarşılaşdığı zərərləri bərpa etmək və davamlı iqtisadiyyat qurmaq üçün Ermənistanın uzun illər və böyük həcmdə maliyyə resurslarına ehtiyacı var. Hazırkı vəziyyətdə Ermənistan üçün iqtisadi inkişaf əldə etməyin yeganə yolu uzun illər qonşularına qarşı apardığı aqressiv siyasəti tərk etməsi və regional layihələrə qoşulmasıdır. Bununla Ermənistan qonşu dövlətlərdən dəstək ala və regional layihələrin bir parçasına çevrilə bilər. Bu isə onu göstərir ki, Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi regionda davamlı iqtisadi inkişafın və sülhün təmin edilməsi üçün böyük imkanlar yaradır.

Son xəbərlər

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Bütün xəbərlər