{category-title}

Ermənistanın hərbi təşkilatı Azərbaycan sərhədinə “gətirmək” planları, suya düşən xəyallar - TƏHLİL

 

Ermənistanın Azərbaycanla sərhəddə təxribatları davam etdirməsi nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində əsgər Orxan Paşazadə şəhid olub.

2019-cu ildə Ermənistan Silahlı Qüvvələrinin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb. Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanın sərhəd məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə nail olunub.

Azərbaycanın sərhəd qoşunlarının uğurlu əməliyyatları Ermənistanda “həzmdən keçmir”, buna görə də Yerevan taktikanı dəyişməklə yenidən özü barəsində “məzlum” obrazı yaratmağı hədəfləyir.

Yerevanın son zamanlar diqqəti Qarabağ cəbhəsindən sərhəd bölgəsinə yönəltməsinin pərdəarxası məqamlarında məqsədyönlü “hiyləgərlik aktı” dayanır.

Belə ki, Ermənistan Rusiyanın nəzarəti altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.

KTMT sərhəd təhlükəsizliyinin təmin edilməsi kimi vacib və qarşılıqlı maraqlı mövzuların həlli ilə bağlı razılaşmalar əldə edir.

Belə məqamda isə Yerevan təşkilatdakı statusundan sui-istifadə edərək, beynəlxalq və regional tabloda öz sərhədlərinə qarşı guya təhlükə olduğu qənaətini formalaşdırmaq istəyir.

Fevralın sonlarında KTMT-nin baş katibi Stanislav Zas Yerevana səfəri zamanı Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlərdən danışıb. O bildirib ki, əgər Ermənistan KTMT-yə üzv ölkələrə yardım üçün müraciət etsə, qurum özünün mövqeyini nümayiş etdirəcək və lazımi yardım göstərəcək.

Ancaq bu açıqlama Ermənistanın ürəyincə deyil, çünki Yerevan istəyir ki, KTMT birbaşa Azərbaycanın əleyhinə yönələn bəyanatla çıxış etsin.

Bu isə mümkün deyil, birincisi ona görə ki, Azərbaycan başqa bir dövlətin beynəlxalq hüquqla tanınan sərhədinə iddialı deyil, ikincisi, isə beynəlxalq hüquq və normalar çərçivəsində özünün sərhəd təhlükəsizliyini təmin edir.

Üçüncüsü, Azərbaycan KTMT-nin lokomotivi Rusiya ilə, təşkilatın digər aparıcı qüvvələri Qazaxıstan və Belarusla möhkəm iqtisadi-siyasi tərəfdaşlıq münasibətlərinə malikdir.

Digər tərəfdən, Qazaxıstan və Belarus Ermənistandan çox Azərbaycanla əlaqələrə üstünlük verir.

Rusiya və Belarusla Azərbaycanın hərbi-texniki əməkdaşlığı da yüksək səviyyədədir.  

Onu da nəzərə almaq lazımdır ki, KTMT-də hərbi əməliyyatlarla bağlı addımlar yekdil qərara əsaslanmalıdır. Ancaq bu, Azərbaycana münasibətdə özünü göstərə bilməz, ən azından ona görə ki, Qazaxıstan və Belarus Azərbaycanla əlaqələrin verdiyi avantajların üstündən xətt çəkməz və belə bir qərara “yox” deyər. Bir sözlə, mövcud vəziyyətdə KTMT Azərbaycana qarşı hər hansı bir qərar çıxarmağı hədəfləmir.

Ermənistan isə təmsil olunduğu qurumda təkləndiyini anlayır, lakin paralel olaraq KTMT-ni Qarabağ münaqişəsinə cəlb etməklə, Rusiya və digər ölkələri Azərbaycana qarşı hərbi avantürasında iştirakçı etməyə çalışır.

Ancaq Ermənistanın bundan əvvəlki hakimiyyətlərinin və Nikol Paşinyan hökumətinin xəyalları suya düşür, hiyləgər taktikalarının praktiki müstəvidə tətbiqi məsələləri yerində sayır.

Bu səbəbdən də Yerevan KTMT-ni sərhədə “gətirmək”planlarını işə salır.

Ermənistan Baş naziri Nikol Paşinyan Stanislav Zasla görüşdə KTMT-nin Qafqaz bölgəsində təhlükəsizliyin təmin olunmasında rolundan danışaraq, əslində, sərhədə fokuslanmaq istəyib.

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatların arxasında işğalçı hərbi doktrinanı pərdələyən məqsəd və vəzifələr dayanır. Amma Azərbaycan ordusunun və diplomatiyasının səyləri, beynəlxalq ictimaiyyətdə erməni yalanlarının ifşası nəticəsində bu “pərdə” çoxdan qalxıb.  

Ermənistanın hərbi təşkilatı Azərbaycan sərhədinə “gətirmək” planları, suya düşən xəyallar - TƏHLİL

 

Son xəbərlər

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər