{category-title}

SMS icazə bərpa edilir? – Yoluxma sayındakı artımın səbəbi yas mərasimləridir...

 Koronavirus epidemiyasının dünyanı yenidən ağuşuna alması bir sıra Avropa ölkələrində yenidən sərt karantin qaydalarının tətbiqi ilə müşahidə edilir. Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirusa 1242 yoluxma faktı qeydə alınıb. Bundan əvvəlki aylarda hələ 200-300 yoluxma faktı qeydə alındıqda, ölkədə sərt karantin qaydaları tətbiq edilərək, SMS icazə sisteminə keçilmişdi.

Maraqlıdır, indi 1000-dən çox yoluxma sayının olması yenidən sərt karantin qaydalarının tətbiq olunması ilə nəticələnə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev indiki məqamda SMS icazəyə ehtiyac duyulmadığı qənaətindədir:

"Yoluxma statistikası aparılan testlərin sayına uyğun müəyyənləşir. Məsələn, bir neçə gün öncə 500 civarında yoluxmanın qeydə alınması 5000 test nümunənisinin götürülməsindən asılı idi. Yəni, aparılan test sayının 10 faizi qədər koronavirusa yoluxma sayı aşkarlanır. Bir həftədən çoxdur ki, artıq bu nisbət dəyişmir. Əgər metro və məktəblər bağlanmasaydı bu rəqəmlər daha çox olacaqdı.

Düşünürəm ki, virusa yoluxmanın artmasına təsir göstərən səbəblərdən biri də yas yerlərində insanların kütləvi toplaşmasıdır. Yəni, yas mərasimlərində insanlar toplaşaraq ağlayır, göz burun ifrazatı artır ki, bununla da hava damcı yolu ilə keçən koronavirusa yoluxma sayı çoxalır”.

Ekspert düşünür ki, yoluxma sayının artan templə davam edəcəyini düşünmür: "Ona görə də hesab edirəm ki, SMS icazənin tətbiqinə ehtiyac qalmayacaq. Nəzərə almaq lazımdır ki, biz müharibə şəraitindəyik və indi iqtisadiyyata diqqət yetirmək lazımdır. İş yerlərinin bağlanması maddi duruma pis təsir göstərəcək.

İki həftədir ki, ciddi artım müşahidə edilməyib. Düzdür, ötən aylara nisbətdə bu rəqəmlər çox görünə bilər, amma son bir aya baxsaq rəqəmlər stabildir. Nəzarət mexanizmini gücləndirilib, maarifləndirilmə aparılarsa, tezliklə uğurlu nəticəyə nail ola bilərik”.

Son xəbərlər

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib

Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub

Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı

İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı

Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb

Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb

İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

Azərbaycanda genişzolaqlı internetin orta sürəti 10 %-dən çox artıb

Tramp: İranın raket zərbələri endirmək imkanları məhduddur

Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş başlayıb

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək - Xəbərdarlıq

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

Yağış yağacaq, külək əsəcək - SABAHIN HAVASI

Azərbaycan mülki işlər üzrə xaricdə sübutların toplanması haqqında Konvensiyaya qoşulacaq

Azərbaycan və Gürcüstanın polis akademiyaları arasında memorandum imzalanıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub

Rusiyanın Altay diyarında baş verən partlayışda 14 nəfər xəsarət alıb

Bütün xəbərlər