{category-title}

 

Nazir: “Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edib”

 

 

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən “COVID-19 pandemiyasının əmək sahəsinə təsiri” mövzusunda videokonfrans formatında təşkil edilən Qlobal Sammit çərçivəsində “Tərəfdaşlar Günü” tədbiri keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 35 ölkədən nazir və nazir müavinlərinin qatıldığı tədbirin açılışında çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu tədbirin COVID-19 pandemiyasının əmək bazarına mənfi təsirinin qarşısının alınması sahəsində BƏT-ə üzv ölkələrin müsbət təcrübələrini bölüşmək, eləcə də bu mənfi təsirləri yumşaltmaq yollarını müəyyənləşdirmək üçün unikal bir imkan olduğunu deyib.

Nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiya dövründə əhalinin sağlamlığının qorunması, iqtisadiyyatın, sosial rifahın dəstəklənməsi sahəsində görülən geniş miqyaslı tədbirləri diqqətə çatdırıb.


Azərbaycan hökumətinin yeni vəziyyətə dərhal və adekvat reaksiya verdiyini, virusun yayılmasını azaltmaq üçün çoxsaylı məhdudlaşdırıcı tədbirlər gördüyünü, vətəndaş həyatının təhlükəsizliyinin ön planda dayandığını vurğulayıb.

Əhalinin sağlamlığının qorunması üçün görülən işləri diqqətə çatdıran S.Babayev bildirib ki, ölkəmizin bütün səhiyyə sistemi virusa qarşı mübarizədə səfərbər olunub. 2000 çarpayılıq rezerv yaradan 10 modul xəstəxana işə salınıb, onlardan beşi artıq tam fəaliyyət göstərir.

S.Babayev iqtisadiyyata və sosial rifaha təxirəsalınmaz dəstək tədbirlərinin görülməsi üçün ümumi dəyəri 3,5 milyard manat, yəni iki milyard ABŞ dolları olan xüsusi Fəaliyyət Planının təsdiq edildiyini bildirib.

Məşğulluq və sosial rifahı dəstəkləmək üçün dörd istiqamət üzrə 12 tədbirin reallaşdırıldığını, bu tədbirlərin əhalinin 48%-ni və ya 4,8 milyon insanı əhatə etdiyini deyib. O, dövlət və özəl sektorlarda işçilərin əsassız işdən çıxarılmasının qarşısının alınması, işçilərin əmək haqlarının qorunması, ödənişli ictimai iş yerləri proqramının genişləndirilməsi üçün aparılan işləri qeyd edib. İşsiz və gəlirini itirmiş aztəminatlılardan ibarət 600 min şəxsə yaşayış minimumu qədər birdəfəlik ödənişlər edildiyini bildirib.

Nazir özünüməşğulluq və ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi, əmək haqlarının birgə maliyyələşdirilməsi proqramının təkmilləşdirilməsi işləri, kommunal xidmətlərin ödənişləri üzrə güzəştlər, həssas qruplar üçün həyata keçirilən digər dəstək tədbirləri barədə məlumat verib.

O, həmçinin, sosial ödənişlərin davamlılığının təmin edilməsi, 65 yaşdan yuxarı tənha yaşlılara, sosial xidmət müəssisələrində xüsusi qayğıya ehtiyacı olan insanlara sosial xidmətlər göstərildiyini, sosial tərəfdaşlar vasitəsi ilə tənha yaşlılara və əlilliyi olanlara 100 minədək ərzaq yardımı paylarının verildiyini deyib.

S.Babayev məşğulluğun qorunmasında sosial dialoqa xüsusi önəm verildiyini, bu məqsədlə Xüsusi Koordinasiya Şurası yaradıldığını, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan İşəgötürənlər Konfederasiyasının da bu Şurada təmsil olunduqlarını bildirib.

Pandemiya dövründə xidmətlərin onlayn müstəvidə, proaktiv şəkildə təkmilləşdirilməsi sahəsində aparılan mühüm işləri qeyd edən nazir məşğulluqla bağlı dolğun elektron məlumat bazasının yaradıldığını deyib.

Mövcud şəraitdə birgə səylərin, qarşılıqlı dəstəyin önəmini vurğulayan nazir Azərbaycanın pandemiyaya qarşı mübarizədə 30-dan çox ölkəyə humanitar yardımla dəstək verdiyini, bundan sonra da Azərbaycanın dostlarına kömək etmək əzmində olduğunu vurğulayıb.

 

Son xəbərlər

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər