{category-title}

Şənbə günü yenidən çörək davası olacaq? - Açıqlama

 

Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə həftəsonu ölkədə sərt karantin rejimi tətbiq edildi. Lakin qərar açıqlandıqdan sonra insanlarımız çörək üstündə az qala davaya çıxdılar, kimi bu davada 7-8 çörək alıb qalib oldu, kimi isə heç bir çörək də ala bilmədi. Təbii olaraq bu hadisə zamanı nə sosial məsafə qorundu, nə də maska taxan oldu. Biz isə bunun fəsadlarını yəqin ki, 10 gün sonra müşahidə edəcəyik. 

Maraqlıdır, təkrar tətbiq olunacaq sərt karantin rejimində eyni halların yaşanmaması üçün çörək zavodları tərəfindən hansı tədbirlər görüləcək? 

“Baker” çörək zavodunun direktoru Zakir Əliyev bildirib ki, həftəsonu vətəndaşların çörək ehtiyacını qarşılamaq üçün hazırdırlar. Buna görə istehsal həcmi artırılmayacaq:

“Biz ötən dəfə də sərt karantin rejiminə hazır idik və problemlə üzləşmədik. Bu dəfə də var gücümüzlə işləyib dükanları çörəklə təmin edəcəyik. Hansı dükanlarla, şəbəkələrlə işləyiriksə, onlara əlaqə nömrələrimizi vermişik. Lakin əməkdaşlıq etmədiyimiz dükanlara da yardım göstərməyə hazırıq, bunun üçün zəng vurmaqları kifayətdir. 

Şəhərin istənilən yerinə çatdırma imkanımız mövcuddur.  İşçilərimizi də cəlb etmişik, cümə günü iş saatından artıq işləyəcəklər, lazım gəlsə, 2-3 növbə yaradacağıq, çünki 24 saat iş olacaq. 

Şənbə günü isə gecə saat 10-dək fəaliyyət göstəriləcək. Bu prosesi həyata keçirmək üçün istehsalı artırmamışıq, çünki çörək elə bir şeydir ki, biz onu təzə-təzə çatdırmalıyıq. Tutaq ki, biz istehsalı artırsaq, sabah  üstümüzə qayıdacaq. İstehsal həcmini artırmağa hazırda ehtiyac yoxdur. Nəzərdə tutmuşuq ki, qeyd etdiyimiz günlərdə bütün dükanları çörəklə dolduraq və elə də edəcəyik. 

Nömrələrimizi zəhmət olmasa, yazıda yerləşdirin, hansı mağazada problem olsa, bizə xəbər olunduqdan 30-40 dəqiqə sonra həmin dükana çörək çatdıra bilərik. Bildirim ki, biz əhalinin heç bir problem yaşamaması üçün çalışacağıq, qazanca görə yox... 055 909 26 36  satış müdirinin, 055 909 26 46 bölgə müdirinin, 055 387 99 99 isə mənim nömrəmdir. Problem yaşanarsa, zəng vura bilərlər”.

“Sərham” MMC çörək zavodunun satış meneceri  Rövşən Bəşirov isə lazım gəlsə istehsalın artırılacağını diqqətə çatdırıb. O, həmçinin sadəcə əməkdaşlıq etdikləri mağazalara çörək çatdırılacağını vurğulayıb:

“Bəli, lazımi tədbirlər görüləcək. Ehtiyac olarsa, istehsal da artırılacaq. Bu, nəzərdə tutulur. Bizdə iş rejimi 24 saatdır. Növbəlilik prinsipi ilə mağazaları maksimum dərəcədə çörəklə təmin etməyə çalışacağıq.  Lakin biz sırf əməkdaşlıq etdiyimiz dükanlara çörək çatdıracağıq”.

Son xəbərlər

Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Oman sahillərində neft tankeri minaya düşüb

Sabah Şahbuzda işıq kəsiləcək

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən Belarus vətəndaşı və daha iki nəfərin məhkəməsi başlayıb

Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Naxçıvanda Gələcəyin Peşələri Sammiti keçirilib

Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb

Azərbaycanda şənbə günü hava dumanlı olacaq

Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır

Hər bir malın insanların həyat və sağlamlığına yarada biləcəyi təhlükənin dərəcəsi müəyyən ediləcək

SEPAH: ABŞ-ın F-16 qırıcısı xəbərdarlıq atəşindən sonra geri çəkilib

Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək

Fira Cəlilovanın bağ evində saxlanılan şəxsin fotosu yayıldı - FOTO

Dövlət Miqrasiya Xidməti Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edib

Politico: Tramp Rutte ilə razılaşdırmadan birgə bəyanata Kiyevlə bağlı xəbərdarlıq əlavə edib

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Azərbaycan-Litva Dəyirmi Masası keçirilib

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb

Bütün xəbərlər