{category-title}

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə


Pakistandakı elektrik stansiyalarından Şərqi Afrikadakı dəmir yollarına qədər Çin kreditləri bir çox inkişaf etməkdə olan ölkələrdə iri infrastruktur layihələrinin maliyyələşdirilməsinə kömək edib. Lakin bu investisiyalar bəzi dövlətlər üçün əhəmiyyətli borc öhdəliklərinə çevrilib və onların maliyyə vəziyyətinin dayanıqlılığına təsir edir.

Bu barədə Dünya Bankının Beynəlxalq Borc Statistikası (International Debt Statistics) çərçivəsində hesabatda bildirilir.

Ölkələr çinli kreditorlar qarşısında ödənilməmiş uzunmüddətli dövlət borcunun və dövlət zəmanəti ilə təmin edilmiş borcun həcminə görə sıralanıb.

Reytinqdə birinci yeri Çinli kreditorlar qarşısında 22,38 milyard dollar borcu olan Pakistan tutur. Bu, siyahıda ikinci yerdə qərarlaşan Anqolanın borcundan təxminən 8 milyard dollar çoxdur. Cənubi Asiyada yerləşən bu ölkə onilliklərdir Pekinlə sıx hərbi və iqtisadi əlaqələr saxlayır. Hər iki tərəf münasibətlərini “hər cür şəraitdə strateji tərəfdaşlıq” kimi xarakterizə edir. Çinin maliyyə dəstəyi Pakistanda elektrik enerjisi və nəqliyyat infrastrukturu sahələrində iri layihələrin həyata keçirilməsinə imkan verib.

İkinci yerdə 14,4 milyard dollar borcu olan Anqola qərarlaşıb. Ölkənin Çinli kreditorlarla əməkdaşlığı müharibədən sonrakı bərpa dövründə genişlənib. 2004-cü ildə Anqolaya 2 milyard dollar məbləğində kredit xətti açılıb. Bərpa işləri davam etdikcə bu məbləğ sonradan əhəmiyyətli dərəcədə artırılıb.

Şri-Lanka 3-cü (8,7 milyard dollar), Efiopiya 4-cü (7,4 milyard dollar), Banqladeş isə 5-ci (6,6 milyard dollar), Misir 6-cı (5,9 milyard dollar), Keniya 7-ci (5,4 milyard dollar), Zambiya 8-ci (5,3 milyard dollar), Nigeriya 9-cu (5,3 milyard dollar), Laos 10-cu (5,3 milyard dollar) təşkil edir.

Siyahıda növbəti pillələrdə isə Argentina (5,2 milyard dollar), Fil Dişi Sahili (4,1 milyard dollar), Kamboca (4,1 milyard dollar), Özbəkistan (3,9 milyard dollar), Konqo Demokratik Respublikası (3,5 milyard dollar), Cənubi Afrika Respublikası (3,3 milyard dollar), Kamerun (3,3 milyard dollar), Serbiya (3,2 milyard dollar), Konqo (3 milyard dollar) və Belarus (2,8 milyard dollar) qərarlaşıb.(Trend)

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Bütün xəbərlər