{category-title}

Mingəçevir Mərkəzi Xəstəxanasında dövlətə necə fırıldaq gəlinir... - İTTİHAM

 

İcbari tibbi sığortanın xidmətlər zərfinə orqan transplantasiyası və süni mayalanma da salına bilər. DİA.AZ bildirir ki, keçən həftə bu müjdəni İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ictimaiyyətə açıqladı. Amma görünəni odur ki, sözügedən qurum heç də yerlərdəki vəziyyətdən tam xəbərdar deyil və belə bir təəssürat yaranır ki, hətta ağır əməliyyatların belə icbari tibbi sığortanın xidmətlər zərfinə salınması faktı əhali üçün xoş xəbər yox, bu işdən faydalananlar üçün əlavə gəlir ünvanıdır.

Qeyd edək ki, Mingəçevir, Yevlax və Ağdaşda icbari tibbi sığortanın pilot layihə kimi tətbiqi ilin sonunadək həyata keçirilir və adları çəkilən şəhər və rayonlarda tibbi xidmət pulsuzdur. Yəni pilsiz olmalıdır. Yerli sakinlər üçün.

DİA.AZ-a müraciət edən Mingəçevir sakinləri isə bildirir ki, Mingəçevir Mərkəzi Xəstəxanasında yalnız vı yalnız ilkin tibbi yardım məsələsində dövlətin qayğısı hiss olunur. Dia.az-a deyilənlər: "İcbari tibbi sığortanın xidmətlər zərfinə aid olmasına baxmayaraq digər tibbi müdaxilələr qarşılığında ya pul umulur, ya da çalışırlar ki, xəstəni Bakıya yönəltsinlər.

Keçən şənbə günü Mingəçevir Mərkəzi Xəstəxanasına ağır vəzziyyətdə infarkt keçirən xəstəmizi gətirmişik. Xəstəxanadakı həkimlər nə xəstəmizə gərəkən diqqəti göstərdilər, nə də öz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Elə dedikləri o oldu ki, Bakıya aparın..."

Narazı vətəndaş dia.az-a bildirir ki, bundan sonra Bakıya Mərkəzi Klinik Xəstəxanasına müraciət ediblər və oradan da bildirilib ki, Mingəçevir həkimlərinin məsuliyyətsizliyi xəstələrinin durumunu daha da ağırlaşdırıb.

Onu da bildirək ki, Mingəçevir Mərkəzi Xəstəxanası ilə bağlı bir neçə şikayət faktı var və eyni zamanda əməkdaşlarımız da sözügedən ünvandan reportaj hazırlayıblar. Həmin faktları və daha geniş materialı növbəti yazımızda diqqətinizə təqdim edəcəyik.

Anlaşılanı odur ki, bu ünvanda dövlətin uğurlu tibb siyasətinə rəsmən kölgə salınır. Kimlər? Bu barədə növbəti yazımızda... Bizi izləyin.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq... (dia.az)

Son xəbərlər

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Bütün xəbərlər