{category-title}

Əzizovların adından dələduzluq edən şəxsdən XƏBƏR VAR

 



Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizovun sürücüsü olmuş şəxs Əzizovların adından istifadə edərək vətəndaşların pullarını mənimsəyib.

Unikal.org Kriminalqafqaz-a istinadən xəbər verir ki, Səbail, Yasamal, Nəsimi rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının baş müdiri olan Aydın Əzizovun keçmiş sürücüsü Həsən Zöhrəbəyov Əzizovlarla qohum olduğunu deyərək vətəndaş Gülnarə Vəliyevaya övladlarını işə düzəldəcəyi vədini verib. O, bunun qarşılığında G.Vəliyevadan 13350 manat pul alıb.

H.Zöhrəbəyov G.Vəliyevanın qohumu Lalə İsmayılovanın oğlunu hərbi xidmətdən saxlatdırmaq vədi ilə isə sonuncudan 4 min manat alıb. Daha sonra Həsən Zöhrəbəyov yoxa çıxıb və xanımların zənglərinə cavab verməyib.

Hadisə ilə bağlı zərərçəkənlərin şikayəti əsasında başlanan cinayət işinin istintaqı yekunlaşdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rasim Sadıxovun icraatına verilib. Gülnarə Vəliyeva və Lalə İsmayılova ilə yanaşı, Aydın Əzizov da iş üzrə zərərçəkən qismində tanınıb.

Qeyd edək ki, Aydın Əzizov Bakıda 5 tibbi-sosial ekspert komissiyasının Səbail, Yasamal, Nəsimi rayonları üzrə baş müdiri vəzifəsini icra edir.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Bütün xəbərlər