{category-title}

İlham Əliyev yeni piyada keçidinin açılışında - Foto

 Fevralın 28-də Bakı şəhərində Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsi avtomobillərin və piyadaların daha sıx olduğu ərazilərdən biridir. Məhz bu baxımdan da keçidin inşası böyük önəm daşıyır. Yeraltı piyada keçidinin tikintisinə 2018-ci ilin noyabr ayında başlanılıb. Keçidin tikintisi qapalı qazma üsulu ilə aparılıb. Bu səbəbdən tikinti işləri Heydər Əliyev prospektində nəqliyyat vasitələrinin hərəkətinə heç bir maneə yaratmayıb. Qapalı qazma üsulu ilə yeraltı piyada keçidinin tikintisi Bakıda ilk dəfə burada tətbiq olunub. Piyada keçidinin ümumi uzunluğu 98, eni isə 5 metrdir. Burada müasir işıqlandırma və videomüşahidə sistemi qurulub. Keçid Heydər Əliyev prospektinin bu hissəsində nəqliyyatın hərəkətinin tənzimlənməsi, avtomobil tıxaclarının qarşısının alınması, qəza hallarının aradan qaldırılması və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Keçiddən istifadə hərəkətin intensiv olduğu ərazidə yol hərəkəti qaydalarının pozulması hallarını aradan qaldıracaq.
Prezident İlham Əliyev yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib.
Qeyd edək ki, son illərdə paytaxtda və regionlarda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin tapşırıq və sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri davam etdirilir. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlərin məntiqi nəticəsi olaraq yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara buraxılır. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin təhlükəsizliyinin təmin edilməsinə yönəldilib. Bu, həm də onu deməyə əsas verir ki, vətəndaşların rahatlığının təmin edilməsi, insanların sosial həyat şəraitinin daha da yaxşılaşdırılması, ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yüksək standartlara uyğun şəkildə yenidən qurulması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu baxımdan, paytaxtda və ayrı-ayrı regionlarda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, şəhər və qəsəbələrdə abadlıq və quruculuq tədbirləri davamlı şəkildə icra olunur. Bu çərçivədə 2018-2019-cu illərdə Bakı və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçdi inşa edilərək istifadəyə verilib. Hazırda 8 ərazidə yerüstü və yeraltı piyada keçidinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub



Son xəbərlər

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Bütün xəbərlər