{category-title}

Azərbaycan ağıllı bomba atan təyyarələr aldı - Erməni mövqelərini...

 

"Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya parkının qərb texnologiyası sayəsində yenilənməsi istiqamətində atılan addımları bu sahədə inqilabi dəyişiklik hesab etmək olar". 

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli, İtaliya istehsalı olan "M-346" təlim-döyüş təyyarələrinin Azərbaycan tərəfindən alınması haqqında danışarkən deyib.

R. Məmmədlinin sözlərinə görə, 2010-ci ildən seriyalı istehsalına başlanılan İtaliyanın "Leonardo" şirkətinin M-346 təlim təyyarəsi öz sinifində ən yaxşılardan hesab edilir:   

""M-346" təyyarəsini döyüş aviasiya vasitəsi də hesab etmək olar. Çünki təyyarənin silahlanması üçün 5 asqıya malikdir. Bu asqılar sayəsində təyyarə hava hədəflərini məhv etmək üçün "hava-hava" raketləri ilə də təchiz edilə bilir. "M-346" yerüstü hədəflərin məhv edilməsi məqsədilə isə ağıllı bomba və idarəolunan raketlərlə də silahlandırılır. Təyyarə havada yanacaqla da təmin oluna bilir". 

Hərbi ekspert bildirib ki, "M-346" aktiv müdafiə sistemləri ilə də təchiz olunub. Bu, "M-346"-nın hədəf olmaqdan yayındıra bilir. İki nəfərlik "M-346"-nın maksimum surəti 1060 km/saat, uçuş hündürlüyü 13,7 km-dir. Yüksüz təyyarənin çəkisi 4,6 tondur.  

"Yəni, "M-346" təyyarəsinin texniki xüsusiyyətləri onun döyüş məqsədli istifadəsinə də imkan yaradır. Bu satınalma Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə parkının qərb texnologiyasına inteqrasiya ediləcəyinə də bir işarədir. Belə qənaətə gəlmək olar ki, gələcəkdə Azərbaycan Hərbi Hava Qüvvələri Rusiya asılılığından azad ola biləcək. M-346-da təcrübə toplamış pilotun "MiQ" və "Su" təyyarələrini sürməsinə lüzum qalmayacaq".

R. Məmmədlinin fikrincə NATO ölkəsi ilə bu istiqamətdə satınalmanın reallaşdırılması rəsmi Bakının ciddi siyasi iradə nümayiş etdirməsi ilə bağlıdır: 

"Azərbaycan Silahlı Qüvvələri son illərdə hava hücumundan müdafiə və aviasiya sahəsində ciddi addımlar atmaqdadır. Ölkəmizin döyüş aviasiya parkını müasir texnologiyalar ilə gücləndirməsi hava məkanında üstünlüyümüzün bərqərar olmasını təmin edəcək". 

Xatırladaq ki, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə "Leonardo S.p.A" arasında "M-346" təyyarələri inteqrasiya sisteminin alınması ilə bağlı Sazişə dair Bəyannamə” Azərbaycanın müdafiə naziri Zakir Həsənov və “Leonardo S.p.A”nın icraçı direktoru Alessandro Profumo mübadilə ediblər.

Son xəbərlər

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər