{category-title}

"Dəfn pulu" nə qədərdir və tələb olunan sənəd

 

Ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür.

Azərbaycanda dəfn üçün ödənilən sosial müavinətin məbləği 300 manata çatdırılıb.
2019-cu il aprelin 1-dən "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən müavinət 300 manat məbləğində müəyyənləşdirilib.
Dəfn üçün müavinət aşağıda qeyd olunan müavinətlərdən biri təyin edilmiş şəxs və ya "İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə ödənilir:
•dövlət qulluqçularına ömürlük müavinət;
•yaşa görə müavinət;
•əlilliyə görə müavinət;
•sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət;
•ailə başçısını itirməyə görə müavinət.
Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir.
Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir: 600 manat (minimum əmək pensiyası 200 AZN-dir).
Digər bir halda sosial müavinət alan şəxs vəfat etdikdə isə dəfn üçün birdəfəlik sosial müavinət təyin olunur. Onun miqdrası isə 300 AZN-dir.
Sığortaolunan şəxs (işləyən) vəfat etdikdə isə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət çalışdığı yer tərəfindən ödənilir.
Dəfn üçün birdəfəlik müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.
Tələb olunan sənədlər:
•Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün şəxsin ailə vəziyyətini təsdiq edən sənəd (ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı);
•Ərizə nümayəndə vasitəsilə təqdim edildikdə, etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
•Dəfni təşkil edən şəxs barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı.
/BAKU.WS

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

Bütün xəbərlər