{category-title}

İSESKO-nun yeni strukturu müəyyənləşib

 

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən İcraiyyə Şurasının 40-cı sessiyasında təşkilatın yeni strukturu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, struktur islahatları təşkilatın fəaliyyətini gücləndirmək, çağırışlara daha çevik cavab vermək və dinamikliyini təmin etməyi hədəfləyən yeni strategiyaya uyğun həyata keçirilib.

İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edərək qeyd edib ki, təşkilatın strukturunun yenidən formalaşdırılması idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, daha operativ idarəçilik mexanizminin yaradılmasına xidmət edəcək.

Həmçinin sessiyada bildirilib ki, struktur layihəsi Səudiyyə Ərəbistanı Krallığının İdarəçilik üzrə Tədqiqatlar və Məşvərət İnstitutunda yaradılmış birgə işçi qrupu tərəfindən araşdırılıb. Son layihənin ərsəyə gəlməsində qrupun rəy və təklifləri, eləcə də bir sıra beynəlxalq təşkilatların təcrübələri nəzərə alınıb.

Qəbul edilmiş dəyişikliyə əsasən, Baş direktorun müavini və köməkçisi vəzifələri təsis edilib. İSESKO-nun əsas sektorlarının (təhsil, mədəniyyət, elm) işi Baş direktorun müavininin səlahiyyətlərinə aid edilib. Baş direktorun köməkçisi isə müştərək xidmət sahələrinin, o cümlədən idarələrin (Yardımçı xidmətlər, İnformasiya texnologiyaları, Nəşr və yayım), tərcümə mərkəzinin fəaliyyətinə cavabdehdir. Təşkilatın digər idarələri (Baş direktorun aparatı, Hüquqi işlər idarəsi, Baş katiblik və konfranslar, Maliyyə, Media, İctimai əlaqələr və protokol, Xoş məramlı səfirlər ofisi) Baş direktorun birbaşa tabeliyindədir.

Qeyd edək ki, budəfəki sessiya Baş Konfransın səlahiyyətləri səviyyəsində olub. Tədbirdə BƏƏ-nin Mədəniyyət və Biliklərin İnkişafı naziri xanım Nura bint Məhəmməd əl-Kəabi, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, milli komitələrin katibləri və digər rəsmi nümayəndələr iştirak ediblər. Sessiyada ölkəmizi Azərbaycan Respublikasının İSESKO üzrə Milli Komissiyasının katibi, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini və beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təmsil edib.

Son xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

Bütün xəbərlər