{category-title}

Nazirlik 20 yanvar şəhidlərinin narazı ailələrinə CAVAB VERDİ

 "Sosial şəbəkə şəhifələrinin birində yayımlanan videoda bir neçə 20 Yanvar şəhidi ailəsinin üzvü onlara göstərilən qayğıdan narazılıq ifadə ediblər".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, bu narazılığın tam əksi olaraq 20 Yanvar şəhidlərimizin xatirəsi daim uca tutulur, hər il faciənin ildönümündə şəhidlərimizin məzarı ümumxalq səviyyədə ziyarət olunur və bugün hər bir azərbaycanlının qəlbində şəhidlərimizin xatirəsinə sonsuz ehtiram hissi var. Eyni zamanda 20 Yanvar şəhidlərinin ailələrinin və 20 Yanvar əlillərinin sosial müdafiəsi sahəsində də dövlət tərəfindən mühüm işlər aparılır: "Şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan bütün imtiyaz və güzəştlər, onlar üçün həyata keçirilən bütün sosial müdafiə tədbirləri, eynilə 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə də şamil edilir. Yəni burada tam bərabər yanaşma, bərabər təminat səviyyəsi mövcuddur.

Ötən dövrdə şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev verilib ki, onların sırasında 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri də var. Həmçinin müharibə əlilləri və onlara bərabər tutulanlara indiyədək 6750 minik avtomobili verilib ki, onlardan bir hissəsi də 20 Yanvar əlilləridir. (116 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsi mənzillə, 92 nəfər 20 Yanvar əlili minik avtomobili ilə təmin edilib)
Prezidentin təqaüdü olaraq, 20 Yanvar şəhidlərinin ailələri aylıq 300 manat təqaüdlə, şəhid ailələrinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvləri, uşaqları aylıq müavinətlə təmin edilir, həmçinin əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvlərinin hər birinə yaşa görə əmək pensiyasının üzərinə 100 manata yaxın əlavə edilir.

Əlilliyə görə aylıq müavinət alan 20 Yanvar əlillərinə Prezidentin aylıq təqaüdləri ilə birgə I qrup – 450 (onlara qulluğa görə təqaüd də daxil olmaqla), II qrup – 360, III qrup – 320 manat, pensiya alan 20 Yanvar əlillərinə isə əlavə olaraq Prezidentin aylıq təqaüdləri (I qrup – 300 (onlara qulluğa görə təqaüd də daxil olmaqla), II qrup – 230, III qrup – 210 manat) ödənilir.
Müharibə əlilləri və şəhid ailələri kimi, 20 Yanvar əlilləri və şəhid ailələrinin də ödənişli ali təhsil alan övladlarının təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Ölkənin qanunvericiliyində onlar üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Məsələn, 20 Yanvar əlillərinə əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq verilir, işçilərin sayı və ya ştatı ixtisar edilərkən şəhid ailəsi üzvlərinə işdə saxlanmaqla üstünlük verilir.
Hər il olduğu kimi, bu ildə də 1990-cı ilin 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar əlilləri birdəfəlik maddi yardımla təmin ediliblər və s.

Onu da bildirək ki, 20 Yanvar şəhidlərinin ailələri hər hansı vəsiqədən asılı olmayaraq bu yüksək statusu – ŞƏHİD ailəsi statusunu daşıyırlar və şəhid ailələri üçün nəzərdə tutulan bütün imtiyaz və güzəştlərdən istifadə edirlər. Bununla belə, "20 Yanvar şəhidi" fəxri adı ilə təltif olunma haqqında vəsiqənin nümunəsi də hazırlanıb və yaxın günlərdə təsdiq olunacaq".

Son xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

Bütün xəbərlər