{category-title}

Sosial kirayə mənzillərə müraciətlər başlamayıb - Rəsmi cavab

 

2019-cu il dekabr ayının ikinci yarısından sosial kirayə mənzillərin əldə edilməsi üçün vətəndaşların müraciətlərinə başlanılacağı barədə yerli KİV-də geniş məlumatlar yayılsa da, proses baş tutmadı.

 

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə bildirib ki, prosesin nə vaxt başlayacağı hələ ki məlum deyil:

“Kirayə mənzillərin satış prosesinə dekabr ayında başlanılması planlaşdırılsa da, müəyyən işlər yekunlaşmadığına görə baş tutmadı.

Müraciətlərin nə vaxt başlayacağı barədə isə rəsmi heç bir məlumat yoxdur. Bununla bağlı yenilik olanda ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2019-cu il yanvarın 25-dəki fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydası” təsdiq edilib.

Fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.(lent.az)

Son xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

Bütün xəbərlər