{category-title}

Ekspert: "TANAP Cənub-Şərqi Avropa ölkələri üçün də həyati önəm daşıyan layihədir"

 

Yola salmağa hazırlaşdığımız 2019-cu il sosial-iqtisadi zənginliyi ilə yadda qaldı. Bu il həm də neft-qaz sektorunda da önəmli hadisələr baş verdi. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə "Əsrin müqaviləsi"nin imzalanmasının 25-ci ildönümü, "Neft Daşları"nın 70 illik yubileyi qeyd edildi. Bu il AÇG blokunun işlənməsinin yeni mərhələsi çərçivəsində inşa olunması nəzərdə tutulan "Mərkəzi-Şərqi Azəri" platforması üzrə yekun investisiya qərarının qəbulu baxımından da əlamətdar oldu. Nəhayət, ilin sonuna doğru Azərbaycan qazının Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin icrasında növbəti mühüm hadisə qeyd edildi. Noyabrın 30-da Türkiyənin Yunanıstanla sərhəd hissəsində Cənub Qaz Dəhlizinin mühüm komponenti olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının açılış mərasimi keçirildi. Beləliklə, Azərbaycana məxsus təbii qazın qitə ölkələrinə nəqlinə doğru daha bir addım atıldı. Bəs TANAP-ın Azərbaycan, region və Avropa ölkələri üçün hansı əhəmiyyəti var?

Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov:


"Qlobal perspektivdə Azərbaycan artıq etibarlı enerji ixracatçısı olduğunu sübut edib".

Strateji Kommunikasiya Mərkəzinin baş məsləhətçisi Fuad Şahbazov "Report"a bildirib ki, TANAP layihəsi mahiyyət etibarilə sadəcə Cənubi Qafqaz regionu üçün deyil, Cənub-Şərqi Avropa ölkələri üçün də həyati önəm daşıyan layihədir.

O vurğulayıb ki, bu layihə həmin region ölkələri üçün etibarlı alternativ enerji mənbəyi rolunu oynayacaq:

"Digər tərəfdən, layihə Türkiyə, Gürcüstan kimi qonşu ölkələrə də Rusiyadan olan enerji asılılığını müəyyən mənada azaltmağa imkan verəcək. Növbəti 2020-ci il ərzində Cənub Qaz Dəhlizi sayəsində təkcə Gürcüstana 878,8 mln. kubmetr təbii qazın nəqli nəzərdə tutulub".

F.Şahbazov, həmçinin vurğulayıb ki, qlobal perspektivdə Azərbaycan artıq etibarlı enerji ixracatçısı olduğunu sübut edib: "TANAP layihəsinin uğurlu icrası digər tərəfdən ölkəyə yeni prioritetlər - Bərpa oluna bilən enerji mənbələri üzərində fokuslanmağa da şərait yaradıb".

Son xəbərlər

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Bütün xəbərlər