{category-title}

Miqrasiya Xidmətinin rəisindən qərar – Şöbə ləğv edildi

 

“Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Axeber.az-ın Oxu.Az-a istinadən məlumatına görə, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qərar imzalayıb.

Qərarla 3.1.1-ci yarımbənddə “vermək” sözündən sonra “və vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə həmin şəxsləri müvafiq sənədlə təmin etmək” sözləri əlavə edilib.

 

Qeyd edək ki, sənədin 3-cü maddəsi İdarənin vəzifələrini müəyyənləşdirir.

3.1.1-ci bəndə görə İdarə qaçqın statusu almaq niyyətində olan şəxslərin vəsatətlərini qəbul etmək, qeydiyyata almaq, qanunvericiliklə müəyyən olunmuş qaydada daxil olmuş vəsatətləri araşdırmaq və cavablandırılması üçün Xidmət rəhbərliyinə təkliflər verməlidir.

Yeni qərara görə isə İdarə həmçinin vəsatətinə baxılması haqqında qərar qəbul edildikdə həmin şəxsləri müvafiq sənədlə təmin etməlidir.

Əsasnaməyə eyni zamanda 3.1.1-1, 3.1.4-2 və 3.1.13-1-ci yarımbəndlər əlavə edilib.

Belə ki, İdarə bundan sonra qaçqın statusu almaq niyyətində olan şəxslərlə müsahibələr keçirmək və hər birinin adına şəxsi iş açmaq, onların ailə üzvləri barədə məlumatları idarədə toplamaq vəzifələrinə sahibdir.

Bununla yanaşı, Xidmətin vahid miqrasiya məlumat sistemində idarənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etməlidir.

Qaçqın statusu əldə etmək barədə vəsatət vermiş şəxsləri məcburi dövlət daktiloskopik qeydiyyatından keçirməlidir.

Qərarla sənədin 5.2-ci bənd ləğv edilib. Əvvəlki qərarın müvafiq bəndində göstərilirdi ki, İdarənin strukturuna 1 şöbə (Qaçqın (sığınacaq axtaran) statusunun müəyyənləşdirilməsi şöbəsi) daxildir.

V.Hüseynovun qərarına görə isə bu şöbə ləğv edilib. Şöbənin səlahiyyətləri İdarəyə verilib.

Xidmət rəisinin qərarı ilə sənədin 5.9.10-cu yarımbəndinə “hüquqi” sözündən əvvəl “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə,” sözləri əlavə edilib.

Qeyd edək ki, bu, İdarə rəisinin müavininin vəzifəsi ilə bağlıdır. Əvvəlki qərarla İdarə rəisinin müavini yalnız hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayırdı.

İndi isə o, həmçinin mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə göndərilən məktubları imzalamaq səlahiyyətinə malik olacaq.

Qərar dekabrın 28-dən etibarən qüvvəyə minib.

Son xəbərlər

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

UEFA Çempionlar Liqası: "Sabah"ın dörd oyunu üçün indiyədək 100 mindən çox bilet satılıb

Azərbaycan neftinin qiyməti 121 dolları keçib

Yeni Suraxanıda qaz olmayacaq

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bütün xəbərlər