{category-title}

Putin “gizli ordusu”nu türk əsgərlərinin üzərinə göndərdi - Rusiya ilə Türkiyə dəhşətli SAVAŞA DOĞRU

 

Türkiyənin Liviya Milli Barışıq Hökumətinə hərbi yardımından sonra Rusiya və Sudandan olan muzdlu əsgərlərin Xəlifə Xaftarın qruplaşmasına dəstək verməsi "Putinin gizli ordusu” olaraq tanınan "Vaqner qrupu”nu yenidən gündəmə gətirib.
Publika.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Tunis səfəri haqda jurnalistlərə açıqlama verərkən bu məsələyə də toxunub.
"Soruşmaq lazımdır, 5 mini Sudandan, 2 mini Rusiyadan olan, "Vaqner” deyə tanınan bu qruplaşma Liviyaya hansı sifətlə gəldilər, orada nə işləri var?”, - Ərdoğan bildirib.
BMT tərəfindən tanınan Liviyanın Milli Barışıq Hökumətinə qarşı döyüşən Xəlifə Xaftarın cəbhəsində döyüşən "Vaqner” qrupunun adı Donbas bölgəsində separatçıların Ukrayna ordusuna qarşı apardığı müharibə zamanı gündəmə gəldi. Ukrayna ilə yanaşı, muzdlu döyüşçülər Suriyada, Sudanda və Venesuelada da fəaliyyət göstərirlər.
Ukrayna mediası bu əsgərləri "Putinin gizli ordusu” olaraq təqdim edir. Məlumatlara görə, qruplaşma Putinə yaxın məşhur rusiyalı milyarder Yevgeni Prijoqin tərəfindən maliyyələşdirilir. Qruplaşma 2013-cü ildə "Moran Security Group” adlı özəl təhlükəsizlik şirkətinin tərkibində "Slavyan Korpusu” adı altında fəaliyyətə başlayıb.
Əvvəlcə qruplaşmada 267 muzdlu döyüşçü var idi, onlar əsasən Suriyada neft bölgələrini və boru xətlərini qoruyurdular. Daha sonra Suriyada vətəndaş müharibəsinə qatılan qruplaşma Rusiya ordusunun kəşfiyyat idarələrində çalışmış polkovnik-leytenant Dmitri Utkinin rəhbərliyində Ukraynanın şərqində də döyüşlərə müdaxilə etdi.
Rusiya mediasında yayılan bəzi iddialara görə, "Vaqner” qrupu Müdafiə Nazirliyinə bağlıdır. "The Bell” saytı 2015-ci ildə qruplşmanın illik büdcəsinin 10,3 milyard rubl (166 milyon dollar) olduğunu yazıb.
Məlumatlara görə, 6 min muzdlu əsgərdən ibarət olan "Vaqner”də muzdlu döyüşçülər aylıq 2-3 min dollar maaş alırlar. Bununla yanaşı, uğurlu əməliyyatlarda mükafatlar da əldə edirlər. Ölən əsgərin ailəsinə isə 50-80 min dollar təzminat ödənilir.
İddialara görə, qruplaşmaya rəhbərlik edən Dmitri Utkin nasistlərə heyrandır. Buna görə də qruplaşmanın adını seçərkən Hitlerin ən sevdiyi musiqiçi Riçard Vaqnerin adından istifadə edib.
 
Utkin Vaqner adı ilə tanınır. O, 2013-cü ilə qədər Müdafiə Nazirliyinin Əsas kəşfiyyat məntəqəsində çalışıb. Ehtiyata çıxandan sonra dəniz gəmilərinin mühafizəsi sahəsində ixtisaslaşan şəxsi şirkət "Moran Security Group”da işləyib. 2013-cü ildə MSG-nin menecerləri "Slavyan korpusu”nu təşkil edərək onu Suriyaya Bəşər Əsədi müdafiə etməyə göndərib. Korpus bir sıra müvəffəqiyyətsiz döyüşlərdə iştirak edib. Dmitri Utkin 2014-cü ildən şəxsi bölmənin komandiridir və onun çağırışı ilə bölmə "Vaqner” adını alıb.
2016-cı ildə "RBC” saytının araşdırmasında deyilirdi ki, Rusiya "Vaqner” qrupunu Dağlıq Qarabağa köçürmək haqda düşünür. Saytın yazdığına görə, bu ordunun Rusiya Müdafiə Nazirliyi Baş qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə (QRU) bağlı olduğu haqda informasiyalar mediaya sızıb. Xüsusilə Ukrayna və Suriyadakı əməliyyatlarda iştirakından sonra onların kimliyi, yerləşdikləri düşərgə və digər informasiyalar de-şifrə olunub.
Federal Təhlükəsizlik Xidmətinin (FSB) zabiti sayta bildirib ki, Rusiya Müdafiə Nazirliyi qrupun düşərgəsinin başqa yerə köçürülməsini müzakirə edib.
"Mümkün variantlar arasında Tacikistan, Dağlıq Qarabağ və Abxaziya var”, - deyə o bildirib. Müdafiə Nazirliyindəki mənbə də bu faktı təsdiqləyib.
Rusiyanın "Znak” saytının araşdırmasında "Vaqner” qrupunun bazasının Krasnodardan 30 kilometr cənubda, M-4 "Don” yolunun üzərində, Molkino qəsəbəsinin yaxınlığında yerləşdiyi qeyd olunur.
Araşdırma aparan jurnalistlər bazanın yaxınlığında Rusiya Müdafiə Nazirliyinin Baş qərargahı yanında Baş Kəşfiyyat İdarəsinin 10-cu briqadasının hərbi qulluqçuları ilə danışıblar. Lakin onların bazanın ərazisinə girişinə icazə verilməyib. Bütün informasiyalara rəğmən, Rusiya "Vaqner”in mövcudluğunu təkzib adlandırır və "gizli ordu” ilə bağlı araşdırmaları "mif” adlandırır.

"Vaqner”in indi Liviyada Xaftar tərəfindən döyüşməsi Milli Barışıq Hökumətini dəstəkləyən Türkiyənin mövqelərinə ziddir. Ankara və Moskvanın bu məsələdə razılaşacağı, yaxud türk əsgəri ilə "gizli ordu”nun döyüşə girəcəyi versiyaları var.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

Bütün xəbərlər