{category-title}

“Azərbaycanın mədəniyyət təqvimi” hazırlandı

 Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan layihə əsasında “Azərbaycanın mədəniyyət təqvimi” adlı elektron kataloq hazırlanıb.
Kult.az xəbər verir ki, kataloq-təqvim üç dildə – Azərbaycan, rus, ingilis dillərində tərtib edilib.
Layihənin məqsədi Azərbaycanın zəngin mədəniyyətinin təbliğinə, tanıdılmasına, mədəniyyətlərarası informasiya mübadiləsinə praktik töhfə verməkdir.
Layihə “Mədəniyyət” qəzetinin təşəbbüsü və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Setline MMC tərəfindən həyata keçirilib.
Elektron kataloqda Azərbaycanın mədəniyyət, incəsənət və ədəbiyyat xadimlərinin doğum və vəfat tarixi, fəaliyyəti, müxtəlif dövrlərdə mədəniyyət sahəsində baş vermiş hadisələr, eləcə də ölkəmizdə tarixi və əlamətdar günlər, mədəniyyətlə bağlı milli və beynəlxalq peşə bayramları, digər mühüm faktlar barədə yığcam ensiklopedik məlumatlar ilin müvafiq ay və günləri üzrə (1 yanvardan 31 dekabradək) təqdim edilir. Təqvimin mətnləri hər ay üzrə günbəgün, artan xronologiya üzrə verilib.
Kataloqa Azərbaycan Respublikasının, eləcə də keçmiş SSRİ-nin fəxri adlarına layiq görülmüş, həmçinin mədəniyyət, incəsənət və ədəbiyyat sahələrində mühüm xidmətləri olan, elmi və yaradıcılıq fəaliyyəti göstərən insanlar barədə məlumatlar daxil edilib. Dünyasını dəyişmiş mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri haqqında ayrı-ayrı mətnlər fotolarla müşayiət olunur. Təqvimdə şəxsiyyətlərlə bağlı mətn-məlumatlar, əsasən, onların doğum günləri üzrə təqdim olunur. Eyni zamanda mədəniyyət, incəsənət və ədəbiyyat tariximizdə xüsusi yeri, xidmətləri olmuş şəxsiyyətlər vəfat günləri üzrə də xatırlanır.
Həmçinin Azərbaycanın mədəniyyət, incəsənət, ədəbiyyat tarixinin mühüm səhifələri, hadisə və faktları, ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət tədbirləri, Azərbaycan Respublikası Prezidentinin mədəniyyət sahəsinə dair fərman və sərəncamları, o cümlədən dövlət başçısının sərəncamları əsasında qeyd olunan yubileylər, müxtəlif mərasimlər, Milli Məclisin, Nazirlər Kabinetinin mədəniyyətlə bağlı qəbul etdiyi qanun və qərarlar elektron kataloqda müvafiq günlər üzrə əksini tapıb.
Kataloq-təqvimin hazırlanmasında bu sahə üzrə mövcud olan geniş ədəbiyyat – Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, o cümlədən teatr, kino, musiqi, təsviri sənət və digər sahələr, muzey, kitabxana işi və s. haqqında kitablar, ensiklopedik toplu və nəşrlər nəzərdən keçirilib, eləcə də mövzu üzrə müvafiq elektron mənbələrdən istifadə olunub. Bununla yanaşı, mədəniyyət, incəsənət və ədəbiyyat xadimləri haqqında bioqrafik məlumatların bir qismi Mədəniyyət Nazirliyinin idarə və təşkilatlarından, mədəniyyət müəssisələrindən, incəsənət ocaqlarından, yaradıcılıq təşkilatlarından, bədii təhsil müəssisələrindən əldə olunub, həmçinin mövcud məlumatlar dəqiqləşdirilib.
Eyni zamanda, Mədəniyyət Nazirliyinin müvafiq müraciəti əsasında respublikamızın yaradıcılıq təşkilatları – Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və digər qurumlar layihə ilə bağlı rəy və təkliflərini bildiriblər. Qeyd olunan rəylər tərtibçi heyəti tərəfindən diqqətə alınıb, o cümlədən kataloqda mətnlər üzrə elektron axtarış (PDF formatda) imkanı təmin edilib.
“Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) yerləşdirilərək istifadə üçün açıq olacaq, həmçinin elektron formatda nazirliyin idarə və təşkilatlarına, respublikamızın mədəniyyət müəssisələrinə, eləcə də kütləvi informasiya vasitələrinə göndəriləcək.
Elektron kataloqdan Azərbaycanın mədəni irsi, ədəbiyyatı, incəsənəti, bu sahələrdə fəaliyyət göstərən şəxsiyyətləri barədə tarixi-bioqrafik məlumatlar əldə etmək – təqvimin hər gününün mədəniyyət tarixi və məzmunundan xəbərdar olmaq istəyən hər kəs faydalana bilər.
İlk dəfə mədəniyyətimizin günbəgün tarixi üç dildə və belə geniş formatda oxucu və istifadəçi auditoriyasına təqdim olunur. Layihə qlobal internet məkanında Azərbaycan mədəniyyəti haqqında mövcud informasiya bazasının genişlənməsinə xidmət edəcək.

  • Facebook 
  •  
  •  
  •  

Son xəbərlər

Bu gün Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL

Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib

Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb

Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var

Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb

Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Bütün xəbərlər