{category-title}

Yeni mövsümdə teatrlarımızda hansı PREMYARALAR OLACAQ? — ARAŞDIRMA

 

Payızın gəlişi ilə teatrlarda öz pərdələrini tamaşaçıların üzünə açaraq, yeni premyeralarla onları sevindirir. Bəs, yeni mövsümə tetarlar necə hazırlaşır, tamaşaçılar maraqlı premyeraları seyr etmək üçün hansı teatrlara üz tutsun?

 

“Ölkə.Az” olaraq, bu məsələ ilə bağlı kiçik araşdırma aparıb, premyeralarla maraqlandıq.
 
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirdi ki, bu mövsüm Cəlil Məmmədquluzadənin ''Dəli yığıncağı''nın premyerası keçirilib. Mətbuat katibinin sözlərinə görə, növbəti aylarda yeni premyeraların da olacağı istisna deyil. Картинки по запросу az dram teatr

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova bildirib ki, teatrın 110 cu mövsümü zəngin olacaq. Repertuarda olan tamaşalardan başqa 6 tamaşa üzərində yaradıcılıq işləri aparılır. 

Teatrda hazırda rejissor Samir Qulamovun quruluşunda Vüktor Hüqonun ''Paris Notr-Dam kilsəsinə ithaf'' tamaşasının məşqləri gedir. Yeni mövsümdə retro tamaşalarını sevən tamaşaçılar üçün musiqisi Səid Rüstəmov, libretto Məmməd Səid Ordubadiyə məxsus olan ''Beş manatlıq gəlin'' komediyası hazırlanır. Tamaşaya əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov quruluş verib. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Stanislav Stratiyevin ''Avtobus" pyesi' əsasında "Çarəsiz sərnişinlər" əsərini, rejissor Əhəd Hacıyev isə gürcü dramaturqu Nodar Dumbadzenin ''Mən, nənəm, İliko və İllarion'' tamaşasını hazırlayır.

Qeyd edək ki, yeni mövsümdə Akademik musiqili teatrda xalq artisti Afaq Bəşirqızı tamaşaçıların qarşısına yeni ampluada çıxacaq. Belə ki, oktyabrda Afaq Bəşirqızının iştirakı ilə ''İstintaq'' tamaşası hazırlanacaq. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəm, bəstəkarı Ceyhun Allahverdiyev, libretto müəllifi Pərviz Seyidlidir. 

Картинки по запросу musiqili dram teatri

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrından bizə yeni mövsümdəki tamaşaları haqda məlumatı teatrın mətbuat katibi Pərvin Nurəliyeva verib. Yeni mövsümdə ərəb xalq nağılları motivləri əsasında ''Sindbad'' tamaşasının premyerası olub. Hazırda Cəfər Cabbarlının ''Oqtay Eloğlu'' əsərinə Xalq artisti Vaqif Əsədov quruluş verir. İngilis xalq nağılları motivləri əsasında ''Şən ev və cadugər'' tamaşasına Ayla Osmanova quruluş verir, Mirzə Cəlilin ''Dəli yığıncağı əsərini isə Xalq artisti Cənnət Səlimova hazırlayır.  Həmçinin Ayla Osmanovanın quruluş verdiyi ''Mən öləndə ağlama'' tamaşası Qırğızıstanın Oş şəhərində keçirilən türk dilli ölkələrin teatr festivalından çox böyük uğurlarla qayıdıb.

Qeyd edək ki, Gənc Tamaşaçılar teatrının keçən mövsümü də zəngin olub. Səkkiz premyera olub. Bunların içində uşaqlar üçün də tamaşalar göstərilib. Xalq artisti Ağaxan Salmanovun ssenasiri əsasında Azərbaycan teatr tarixində ilk dəfə uşaqlar teatrın kulisi ilə tanış olublar. Картинки по запросу gənc tamaşaçılar teatrı

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının premyeraları haqda bizə teatrın baş rejissoru Qurban Məsimov məlumat verib. Teatrda Zülfüqar Əhmədzadənin ''Yeddi nar çubuğu'' pyesi əsasında eyni adlı tamaşa hazırlanır. Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rejissoru Qurban Mənsimovdur.  ''Dədə Qorqud'' dastanı əsasında hazırlanan ''Adını qazanan oğlan'' tamaşasını isə Anar Məmmədov təqdim edəcək. Eyni zamanda Puşkinin "Qızıl balıq" əsəri əsasında eyniadlı tamaşa da balaca tamaşaçıların ixtiyarında olacaq.

Картинки по запросу kukla teatr; rejissor qurban

Azərbaycan Dövlət Akademik Opera və Balet teatrından bildirildi ki, yeni mövsüm premyeralarının siyahısı noyabr ayında hazır olacaq. 

Похожее изображение

Son xəbərlər

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Azərbaycan-Litva Dəyirmi Masası keçirilib

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb

Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək

"Dövlət Auditi" İnformasiya Sistemi ilə bağlı görülmüş işlər açıqlanıb

Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib

Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub

Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı

İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı

Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb

Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb

İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

Bütün xəbərlər