{category-title}

“Balın üstünə Şəki yazılıbsa, o demək deyil ki, Şəki balıdır”

 

 

“Yarmarkada bal məhsullarının qiymətini tələb və təklif müəyyənləşdirirdi. Əlbəttə ki, kənarda olan alış-satışlar da qiymətə təsir edirdi”.

 

Modern.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

 

O bildirib ki, yarmarka ilə yanaşı, digər obyektlərdə də bal məhsullarının satışı təşkil edilirdi:

 

“Satıcılar yarmarkanın son günlərində ciddi endirimlər etdilər. Bundan başqa 5 Oktyabr-Müəllimlər Günü ilə əlaqədar olaraq da təhsil işçilərinə 20 faiz endirim tətbiq edilmişdi. Aqrar Tədqiqatlar Mərkəzi qiymətlərlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsinə əsasən 2475 nəfərdən 87 faizi qiymətlərdən razı olduğunu, 11 faizi qismən razı olduğunu, 2 nəfər isə razı olmadığını bildirib".

 

Nazirlik rəsmisi qeyd edib ki, bir çox arıçılar yarmarkanın sonunda belə qiyməti aşağı salmadı:

“Belə balçılar məhsuluna əmin olduğunu və il boyu balını satacağını deyir. Bir kateqoriya alıcı var ki, qiymətləri endirdi. Bundan əlavə, Şəki balı yazılıbsa, o demək deyil ki, Şəki balıdır. Çünki arıları mütəmadi olaraq dağdan Arana və əksinə gəzdirirlər. Balın qiymətinin formalaşmasına təsir edən də əsas məqamlardan da biri nəqliyyat xərcləridir".

Son xəbərlər

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Azərbaycan-Litva Dəyirmi Masası keçirilib

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb

Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək

"Dövlət Auditi" İnformasiya Sistemi ilə bağlı görülmüş işlər açıqlanıb

Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib

Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub

Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı

İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı

Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb

Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb

İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

Bütün xəbərlər