{category-title}

Moskvada Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində çap edilmiş kitabın təqdimatı olub

 

Moskvada, Ədiblər Evində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə rus dilində çap edilmiş “İ stal Putyom İstinı ya sam" (“Özüm də Həqiqət Yolu oldum”) kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Moskva Yazıçılar Birliyinin “U Nikitskix Vorot” nəşriyyatında çapdan çıxıb. Dahi şairin 200-ə yaxın qəzəl, rübai, qəsidə, məsnəvi, tərcibəndlərinin yer aldığı kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi Püstə Axundovadır.

Təqdimat mərasimində Tərcümə Mərkəzinin əməkdaşı Etimad Başkeçid çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük şair və mütəfəkkir Nəsimin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu bildirib. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliğinin ümummilli lider Heydər Əliyevinin adı ilə bağlı olduğunu vurğulayan E.Başkeçid xatırladıb ki, Ulu Öndərin təşəbbüsü ilə Nəsiminin 600 illiyi UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edilib. O, Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq Yazıçısı Afaq Məsudun görkəmli şairin əsərlərindən ibarət kitabın Moskvada təqdim edilməsi münasibətilə təbriklərini çatdırıb.

Petrovsk Elm və İncəsənət Akademiyasının (PEİA) vitse-prezidenti Valeri İvanov-Taqanski Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsini əlamətdar hadisə adlandırıb. Dövlət Tərcümə Mərkəzi ilə sıx əməkdaşlığından söhbət açan V.İvanov-Taqanski xatırladıb ki, 2015-ci ildə Xalq yazıçısı Afaq Məsudun iştirakı ilə Moskvada “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” ikicildliyinin də təqdimatı keçirilib. “Mən həmin antologiyaya daxil olan kitablara “Ön söz” yazmışam. Azərbaycan mədəniyyəti və ədəbiyyatı mənə tanış və doğmadır. Azərbaycanda mənim “Zəfər və ilğım” kitabım tərcümə edilib, “Ədəbiyyat qəzeti”ndə çoxsaylı hekayələrim dərc olunub. Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Soçiyə səfəri, Rusiya lideri ilə mehriban dostluq münasibətləri xalqlarımız arasında əlaqələrin parlaq perspektivlərindən xəbər verir”, - deyə V.İvanov-Taqanski vurğulayıb.

PEiA-nın həqiqi üzvü, filologiya elmləri namizədi Aleksandr Rudnev Nəsiminin həyat və yaradıcılığından danışıb, böyük şairin irsinin Şərq xalqlarının mədəni sərvəti adlandırıb.

Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi, şair və tərcüməçi Afaq Şıxlı böyük Azərbaycan şairinin fəlsəfi baxışlarından söhbət açıb, Nəsimin “Hardasan” qəzəlinə nəzirəsini səsləndirib.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Abuzər Bağırov kitabın tərtibatçısı Püstə Axundova, fəlsəfə doktoru, şair Maya Bədəlbəyli, şair Sultan Mərzili və başqaları mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsindən danışıblar.

Moskva Dövlət Pedaqoji Universiteti filologiya fakültəsinin tələbələri Nəsiminin fəlsəfi dünyasından söz açıb, şairin əsərlərini oxuyublar.

İnstitutun tələbəsi Anna Danilova AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib ki, Nəsimi poeziyası insan qəlbində sözə, sənətə ehtiram, özünün özünə hörmət, insanlara sonsuz sevgi hissləri oyadır: “ Nəsimini oxuyarkən bir daha əmin oldum ki, Şərq poeziyası sonsuz müdriklik xəzinəsidir. Mənim üçün Nəsimi poeziya peyğəmbəridir. Mən onu dahi rus şairi Puşkinlə müqayisə edə bilərəm. Düşünürəm ki, “Nəsimi ili” sülh və əminamanlıq ili olmalı, dahi şairin bəşəriyyətə ünvanlandığı fikirləri əks etdirməlidir”.

Tədbirdə “Katyuşa” teatr məktəbinin üzvü Ruslan Əkbərov Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ifa edib. Məktəbin rəqs qrupunun ifasında Azərbaycan rəqsləri təqdim olunub.

Son xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

Bütün xəbərlər