{category-title}

Paşinyanı “oynadan” nədir?: Təxribatçı çıxışın sirri - TƏHLİL

 

 

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri zamanı yenidən sərsəm fikirlər səsləndirib. O, əvvəlcə söyləyib ki, Ermənistanda 1.5 milyon iş yeri yaradılmalıdır. Ardınca Ermənistanın ümumdaxili məhsulunun 15 dəfə artırmaqdan bəhs edib.
İşğalçı ölkənin baş naziri daha da irəli gedərək bildirib kİ, Ermənistan hətta futbol üzrə dünya çempionu olmalıdır. Eyforiyaya qapılan Paşinyan bir qədər də irəli gedərək iddia edib ki, guya “Qarabağ Ermənistandır”. Halbuki,o, bir gün öncə "Ermənistandan daha dövlət olmaz" kimi bəyanatla çıxış etmişdi. Bu dəfə Nikol daha sərsəm və daha gülünc çıxışı ilə gündəmə gəlməyi bacardı... 

Paşinyan nə istəyir və onu oynadan nədir? 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev Azvision.az -a şərhində diqqətə çatdırıb ki, Paşinyan hakimiyyətə gəldiyi gündən etibarən bir-birini təkzib edən açıqlamalar verir. Bu gün də eyni halın davam etməsi onun ciddi siyasətçi olmadığını və reallıqdan uzaq olduğunu göstərir.

"Paşinyan Dağlıq Qarabağ ermənilərinin ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə tərəf olmağını gündəliyə gətirdi, lakin beynəlxalq dəstək görmədi. İndi Xankəndində verdiyi bu açıqlamalar ilə beynəlxalq aləmə, xüsusən, Minsk Qrupuna göstərmək istəyir ki, ictimaiyyət bunu tələb edir və bu məsələdə mənim arxamdadır". 

C.Vəliyev deyib ki, dünənçi çıxış Paşinyanın məsələnin həllində ikinci mərhələdəki hədəfini ortaya qoyur: "Bildiyiniz kimi, Azərbaycan mərhələli həlli planını təklif edir. Yəni birinci mərhələdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı rayonlar azad edilsin və sonra Qarabağın statusu müəyyənləşsin. Lakin Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ heç vaxt müstəqil dövlət ola bilməz və Azərbaycanın suverenliyinə qayıtmalıdır. Paşinyan “Qarabağ Ermənistandır" deyərək erməni ictimaiyyətinə mesaj verməyə çalışır ki, Dağlıq Qarabağ məsələsində güzəştə getməyəcək. Lakin bir daha Ermənistanın Dağlıq Qarabağı işğal etdiyini ortaya qoyur. Düşünürəm ki, bu açıqlama Azərbaycana imkan verir ki, Ermənistan üzərində təzyiqləri artırsın". 

Şöbə müdiri vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi Ermənistanın daxili və xarici siyasətinə təsir edən ən başlıca amildir: "Belə demək olar ki, Ermənistan müstəqillik əldə etdiyi tarixdən etibarən daxili və xarici siyasəti Dağlıq Qarabağ məsələsinin əsiri olub. Bu, əslində Ermənistanın bugünkü vəziyyətə düşməsi ilə nəticələnib. Daxildəki qruplar Qarabağ məsələsini radikallaşmış və millətçi kütlənin dəstəyini almaq və ya rəqibinə qarşı istifadə etmək üçün vasitə olaraq istifadə edir. Əslində Dağlıq Qarabağ məsələsinin həllinin qarşısında Ermənistan tərəfindən duran ən böyük maneələrdən biridir və erməni siyasətçilər bir tərəfdən erməni ictimaiyyətini Qarabağ məsələsində radikallaşdırır, digər tərəfdən Minsk Qrupu çərçivəsində davam edən görüşlərdə bunu bəhanə olaraq ortaya qoyur". 

C.Vəliyev qeyd edib ki, Dağlıq Qarabağ məsələsi Paşinyan üçün də daxili və xarici siyasətdə "ayaq bağı" olub: "Onun əleyhinə olan qüvvələr xaricdən aldıqları dəstəklə Paşinyana qarşı bunu istifadə edir. O da radikallaşmış və millətçi kütləni idarə etmək üçün belə açıqlamalar verir. Amma, nəticədə bilərəkdən və ya bilməyərəkdən onun əsirinə çevrilir. Bu isə erməni cəmiyyətində Dağlıq Qarabağ məsələsinin həllində gözləntiləri daha üst səviyyəyə çatdırır və məsələnin diplomatik yolla həllini çətinləşdirir. Paşinyan erməni ictimaiyyətini radikallaşdırmaq yerinə Dağlıq Qarabağın erməni klanının istifadə etdiyi ritorikanı dəyişdirərsə, həm özünə, həm də Ermənistana böyük yaxşılıq etmiş olar". 

Son xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

Bütün xəbərlər