{category-title}

"Uşaqlar çox vaxt ac yatırlar, artıq buna öyrəşiblər..." - GİLEY

 “Səhərdən axşama kimi evdən çıxıb çörək axtarıram, axşam əlimi-qolumu sallayıb evə girəndə hiss edirəm ki, uşaqlar məndən küsüb. Hərdən az qalıram öz canıma qəsd eləyim, uşaqların ac baxışlarından gizlənməyə çalışıram, yenə olmur”.

Saatlının Qara Nuru kənd sakini, 36 yaşlı Elnur Səfərov ailə başçısıdır, ancaq işsizlik və xəstəliyinə görə ailəsinin yanında özü demişkən, boynu bükük qalıb.

Elnur Səfərovun iki azyaşlı övladı var. Qızı 14 yaşındadır, məktəblidir. Ancaq ata deyir, imkansızlıqdan çox vaxt Vüsaləni məktəbə yollaya bilmir. Oğlunun 6 yaşı var, məktəbə getməlidir, nə məktəb ləvazimatlarını, nə də geyimini almağa imkanı var. Oğlunun da məktəbə getməsi sual altına düşüb. Ata deyir, hələ bunlar sonranın işidir, bu uşaqlar heç qarnıdolusu yemək də yemirlər.

“Uşaqlar çox vaxt ac yatırlar. Artıq buna öyrəşiblər. Vaxtilə daş daşımışam, belimdə qrija əmələ gəlib. Brüselyoz xəstəliyindən əziyyət çəkirəm. Brüselyoza görə dəfələrlə yüksək hərarətdən huşumu itirmişəm, müalicə ala bilmədiyim üçün hərarət nəticəsində ciyərlərim, böyrəklərim sıradan çıxıb, nə brüselyozdan, nə də o xəstəliyin sıradan çıxardığı orqanlardan müalicə imkanım var. Uşaqların ikisi də burun-boğaz əməliyyatı olunmalıdır, gecələr yatanda boğulurlar, həyat yoldaşım kəskin anemiyadan əziyyət çəkir. Dərin müalicə, güclü qidalanmaq lazımdır. Heç nəyə gücüm çatmır, artıq kasıbçılıqla mübarizə apara bilmirəm, hərdən özümü öldürmək istəyirəm,”- Elnur Səfərov belə deyir.

Elnur Səfərov ünvanlı sosial yardım üçün müvafiq quruma müraciət edib. Onun sözlərinə görə, ondan pay torpağının çıxarışı tələb olunur. O isə deyir, bu Çıxarışı əldə etmək üçün 500 manat xərc çəkməlidir:

“Elə sənədlər tələb olunur ki, o sənədləri əldə etmək mümkün deyil. Çıxarışa görə məndən 500 manat istənilir. Mənim körpələrim acından köpük qusur, bunlar məndən rüşvət istəyir. Halsız, xəstə canımla xeyli idarə qapılarında qaldım, bir-birlərinin üstünə ötürdülər. Axırda dedilər, 500 manat xərci var. Hələ bununla da iş bitmir. 500 manatım olsaydı, gedib müalicə alardım, ayaq üstə dayana bilərdim, hamballıq eləyib bir tikə çörək qazanardım”.
 

Son xəbərlər

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Bütün xəbərlər