{category-title}

Ağdamda şəhidin adını əbədiləşdirməyə pul tapılmır... - VİDEO

 

 

Azərbaycan ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan və şəhid olan igid oğullarımızdan biri də Nurəddin Yolçuyevdir.

Nurəddin Yolçuyev 1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib, bir il kənd təsərrüfatında çalışıb. Sovet ordusu sıralarında hərbi xidmət keçib. İki illik hərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdə vaxtaşırı Əfqanıstana da ezam edilib. Əsgərlik müddəti sona çatdığı zaman hərbi hissənin komandanlığı ona ali hərbi məktəbə getməyi təklif edir, ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq, kolxozda işini davam etdirir.
1985-ci ildə həm işləmək, həm də təhsil almaq üçün komsomol yollayışı ilə Rusiyanın Arxangelsk vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə qiyabi olaraq ali məktəbə daxil olur. Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddinin də iştirakı və təşəbbüsü ilə Arxangelskdə yaşayan bir qrup azərbaycanlı və çeçen işlərini və təhsillərini atıb Azərbaycana, birbaşa Ağdama hərbi komissarlığına gəlir, milli orduya götürülməyi tələb edirlər. Ancaq o zaman hərbi komissarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman “Fred Asif”in başçılıq etdiyi dəstəyə qoşulurlar. Mayın 1-nə qədər bu dəstədə döyüşdükdən sonra Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərlik etdiyi batalyona qoşulurlar. Nurəddin Naxçıvanik, Aranzəmin, Ağbulaq kəndlərinin ermənilərdən təmizlənməsində fəal iştirak edir, igidliyinə görə dəfələrlə mükafatlandırılır, bölük komandirinin müavini vəzifəsinə təyin olunur. Nurəddin 50-dən çox erməni quldurunu və düşmənin bir neçə zirehli texnikasını məhv edib xeyli silah, sursat ələ keçirib.

Şahidlərin sonralar dediyinə görə, Pircamal uğrunda gedən döyüşlər zamanı ermənilərin bir zirehli döyüş maşınını düşmən qərargahının bir neçə addımlığından qənimət götürüb. 1992-ci ilin yayında keçirilən Sırxavənd-Kiçan əməliyyatı zamanı Nurəddinin xidmət etdiyi alay böyük hünər göstərir. Nurəddin Ağdərə bölgəsinin bütün qaynar nöqtələrində döyüşüb. Çox sücaətlər göstərib, ordumuzun bölmələrini ağır vəziyyətdən dəfələrlə qurtarıb. 1992-ci il iyunun 22-də Qazançı uğrunda gedən döyüşdə o, yenə də ön cərgələrdə olub, bir neçə əsgərimizi düşmənin əsirliyindən xilas edib. Elə həmin il oktyabrın 20-də Ağdamın Əliağalı kəndi istiqamətində postdan növbəti dəfə kəşfiyyata gedən 29 yaşlı Nurəddin minaya düşərək həlak olub. Qəhrəman hərbçi Quzanlı qəbristanlığında dəfn olunub.

27 il keçsə də Nurəddin Yolçuyevin xatirəsi əbədiləşdirilməyib.

Dia.az-ın məlumatına görə, şəhidin qardaşı Qüdrət Yolçuyev Cebhe.info-ya bildirib ki, Ağdamın yerli hakimiyyət orqanlarından Nurəddinlə bağlı ona belə deyilib:

“Son dövrlərdə ölkə Prezidentinin şəhid ailələrinə göstərdiyi qayğıdan sonra düşündüm ki, şəhidlərimizin adını əbədiləşdirmək lazımdır. Bununla bağlı Ağdam rayonu Quzanlı bələdiyyəsi ilə danışdım və fikrimi onlara da bildirdim. Onlar mənə kəndin mərkəzi yerində qardaşımın adına bulaq qoyula biləcəyini dedilər. Ümumiyyətlə, bütün şəhidlərimiz üçün doğulduqları yerdə bir abidə qoyub, adlarını əbədiləşdirmək lazımdır. Bu, bulaq da, evinin qarşısında barelyef də ola bilər. Həmçinin küçələrə şəhidlərimizin adını vermək mümkündür. Amma bu, bizim edə biləcəyimiz məsələ deyil, dövlət səviyyəsində həll olunmalıdır”.

Son xəbərlər

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Bütün xəbərlər