{category-title}

Bulvar ərazisində "sadə çay" verilmir? - VİDEOREPORTAJ

 Dənizkənarı Bulvar ərazisində fəaliyyət göstərən iaşə obyektlərində "Çay dəstgahı"nın israrla təklif olunması hər il olduğu kimi bu il də bəzi müştərilərin narazılığına səbəb olub. "Sadə çay" (çay, qənd və limon) sifariş verən müştərilərə iaşə obyektləri tərəfindən məcburi olaraq mürəbbə, şokolad, ləpə və. s verilməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bununla əlaqədar “Report”un əməkdaşları bulvar ərazisində olub, iaşə obyektlərindəki real vəziyyətlə və qiymətlərlə maraqlanıb.

Bəzi müştərilər "sadə çay" sifariş edərkən problem yaşamadıqlarını bildirsələr də, bir qismi isə çayın yanında əlavə şirniyyat götürmək məcburiyyətində olduqlarını qeyd ediblər.

İaşə obyektlərindən birinin administratoru "sadə çay"ın yanında şirniyyatı məcburi satmadıqlarını bildirib

Digər administrator isə vurğulayıb ki, saat 21:00-23:30 aralığında obyektlərin daha çox müştəri qəbul edən vaxtı olur: “Bəzən 10 nəfər gəlir və iki saat yarım burada otururlar, yaxud oturduqları bir saat müddətində 3 çaynik çay sifariş edirlər. Biz bu müştərilərə çayı 3 manatdan təklif etsək, qazancımız olmayacaq. Obyektin fəaliyyəti üçün kommunal pulu, işçilərin maaşını vermək lazımdır. Bulvar İdarəsinə tabe olan iaşə obyektlərində müştəriyə sifarişinə uyğun olaraq "sadə çay" mütləq verilməlidir. Hətta yaşlılara, veteranlara səhər 9-dan axşam 6-ya kimi çay pulsuzdur. Onlara nərd, şahmat da verilir. Amma mən yalandan deyə bilmərəm ki, "sadə çay" verirəm. Bizdə çayın qiyməti mürəbbə ilə birlikdə 10 manatdır”.

Bulvar ərazisində daha bir iaşə obyektinin sahibi isə sifariş olduğu təqdirdə "sadə çay" verdiklərini bildirsə də, müştərilər bunun yalan olduğunu söyləyiblər: “Sadə çay" istədik, dedilər mütləq yanında mürəbbə və ya başqa şirniyyat olmalıdır”.

Daha ətraflı videoreportajı təqdim edirik:

Son xəbərlər

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Bütün xəbərlər