{category-title}

Agentlik bu bazarında monopoliya yaradır - Təmiz əti hardan alaq?

 Vaxtaşırı mətbuatda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlərin keçirilməsi ilə bağlı xəbərlərə rast gəlirik. 

Qurumun bildirdiyinə görə, AQTA baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Bu işi öhdəsinə götürən Agentlik hesab edir ki, ölkə ərazisinin istənilən yerində ət kəsimi məntəqələrinin olması gigiyenik cəhətdən normalara cavab vermir. 

Ekspertlərin fikrincə, qurum mövcud olandan və fəaliyyətə başlayandan bəri yalnız ölkənin ət bazarını nəzarətə götürüb və fəaliyyətini ona səfərbər edib. Məqsəd isə ölkədə ət kəsimi ilə məşğul olan sahibkarları bazardan “çıxdaş” etmək və bu sahəni monopoliyasına almaqdır. Maraqlısı isə odur ki, qurum illərlə lisenziyası və VOEN-i olan ət kəsimi məntəqələrinin fəaliyyətini də qeyri-qanuni kimi qələmə verib, onları bazardan çıxarmağı hədəfləyib. Normal olaraq AQTA-nın səalahiyyətinə düşən vəzifə isə sanitar normalar və gigiyena qaydaları ilə bağlı işlərin görülməsini təşkil etməkdir. 

Əgər sahibkar rəsmən fəaliyyət göstərirsə, bu necə qeyri-qanuni sayıla bilər?

“Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hazırda istifadə olunan ərzaq və qida növlərinin keyfiyyəti ilə bağlı problemlər var: 

“Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yarananda sevindik ki, nəhayət ki, ölkə bazarlarındakı bu dəhşətli, qorxulu vəziyyətə son qoyulacaq. Diqqətlə prosesi izlədik və gördük ki, qida təhlükəsizliyi ilə bağlı heş bir iş aparılmır. Agentlik bu işlə məşğul deyil. Bunlar ancaq ət kəsimi məntəqələrindən və qəssablardan yapışıblar. Bir məsələni bilməliyik ki, bu ölkədə qanunsuz heç kim fəaliyyət göstərə bilməz. Adamın qanuni obyekti var və müəyyən təlimatlar var ki, ona riayət edir. Tələbləri pozan varsa, yoxlanılsın, ölçü götürülsün və müəyyən cərimələr, ağır cəzalar tətbiq edilsin. Cəzalanan olsa, belə halların qarşısı alınacaq və təkrarlanmayacaq. Büdcədən maliyyələşən Qida Təhlükəsizliyi Agentliyi işinin öhdəsindən gələ bilmir. Ölkədə qida ilə bağlı daha dəhşətli mənzərə olduğu halda, məşğuliyyətlərini ət sahəsinə yönəldiblər. Məsələn, bazarda keyfiyyətsiz yağlar satılır. Ölkəmizdə satılan yağların hamısının tərkibi 100 faiz palma yağından ibarətdir və bu qiymət 2 manatdan başlayaraq hər məbləğdə dəyişir. Ümumiyyətlə isə ölkəyə gətirilən qidaların 99 faizi saxta və təhlükəlidir. Hazırda satışda olan ən düzgün və təmiz qida varsa, o da qəssablarda olan ətdir. Ona görə ki, rayonlardan heyvanlar alınıb burada kəsilir və satılır. Hansı ki, bu heyvanlar dağlarda, meşələrdə otlayan sağlam heyvanlardır. Bu qəssabların hər birinin daimi müştəriləri var. Onların müştəriləri ət seçimini yaxşı bilir. Həmçinin insanlarımızın psixologiyası ondan ibarətdir ki, gözlərinin qarşısında kəsilən heyvanın ətini almağa üstünlük verirlər. Hətta ətin dadını bilirlər ki, hansı rayonun heyvanıdır. Bu səbəbdən qəssabların çoxu bu məsələdə fırıldaq etmək istəmir. Həm də müştərilərini itirmək istəmirlər”.

Ekspertin sözlərinə görə, əgər hansısa ət kəsimi məntəqəsində sanitar, gigiyena ilə bağlı problem varsa, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı konkret tələblər irəli sürməlidir: 

“Məsələn, heyvanlar baytar nəzarətindən keçsin, məntəqələrin sanitar, gigiyena normaları, eləcə də ətlərin saxlanma şəraiti və digər məsələlər yoxlanılsın. Amma böyük monopolist sistem yaratmaq və məntəqələri bağlayıb, on minlərlə işçiləri işsiz qoymaq istəyirlər. Agentliyin bütün fəaliyyəti bundan ibarətdir. Bu addımı sərt qınayıram və müvafiq qurumları bununla bağlı tədbir görməyə çağırıram. Dövlət bu quruma külli miqdarda maddi texniki baza ayırıb. Bazarlarda GMO məhsullar satılır. Ölkəyə gətirilən qidaların heç birinin tərkibi gömrükdə yoxlanılmır. Meyvə-tərəvəzin 99 faizi gemodur, təmiz kərə yağından isə söhbət belə gedə bilməz. Kimsə mənə əsl kərə yağı göstərə bilməz. Yay gəlib və dondurmaya tələbat artıb. Amma satılan dondurmaların hamısı kimyəvi qatqılardır. Süd və süd məhsullarının istehsalı ilə məşğul olsunlar. Agentlik broyler fabrikləri ilə məşğul olsun. Mən qəssabları müdafiə etmirəm. Təbii ki, onların da müəyyən problemləri var. Dəhşətli problem ət məsələsi deyil. Bundan daha ağır qida problemimiz var. Yaxşı olar ki, agentlik ölkənin qida problemini kökündən həll etsin”.

Son xəbərlər

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Qələmin Sifarişə Təslim Olması: Media Etikası və Qərəzli Kampaniyaların Əsl Üzü

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub

Təbiətə və Vətənə sədaqətlə həsr olunan ömür: Rafiq Ədilov örnəyi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

Kim qızıl alır, kim satır? - SİYAHI

Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər

Bütün xəbərlər