{category-title}

SOCAR: “Bursagaz” və “Kayserigaz”ın təhvil-təslimi başa çatıb

 

Almaniyanın “EWE” şirkətinin Türkiyədəki törəmə müəssisələrinin SOCAR tərəfindən satın alınması prosesi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilir ki, “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey” (STEAŞ) satışı tamamlanıb. İmzalanma mərasimində “SOCAR Turkey”in idarə heyətinin sədri Vaqif Əliyev, STEAŞ-ın icraçı direktoru Zaur Qəhrəmanov, “EWE AG” icraçı direktoru Stefan Dohler, “EWE AG” baş maliyyə inzibatçısı Wolfgang Mücher ilə iki şirkətin rəhbər şəxsləri iştirak edib.

Bu ilin yanvarında satınalma sənədləri imzalanan və hazırda bu məsələyə dair bütün razılıqların əldə olunduğu 5 şirkət artıq “Star” neft emalı zavodu, TANAP, Petkim, “SOCAR Terminal” və Petkim Külək Enerjisi Stansiyasının (KES) da daxil olduğu “SOCAR Turkey” in nəzdində fəaliyyət göstərəcək.

V.Əliyev bununla bağlı deyib: “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom” STEAŞ-ın rəhbərliyi altında fəaliyyətlərinə davam edərək Türkiyə və Azərbaycan iqtisadiyyatına dəyər qatacaq.

O, “Bursagaz” ve “Kayserigaz”ın qrupa daxil olması ilə Türkiyədəki təbii qaz dəyər zəncirinin tamamlandığını bildirib: “Türkiyə bazarına daxil olduğumuz gündən bəri fəaliyyət göstərdiyimiz sektorun dinamikasını və məhsuldarlığını nəzərə alaraq bütün investisiyalarımızda inteqrasiyaya önəm verdik. On iki ildir Türkiyəyə təbii qaz nəql edirik. 2013-cü ildən isə təbii qazın topdansatışını həyata keçiririk. Türkiyə və Azərbaycan dövlətlərinin ən mühüm layihəsi olan və təbii qaz nəqlini təmin edən TANAP layihəsinin ən böyük tərəfdaşıyıq. Bu gündən etibarən “Bursagaz” və “Kayserigaz”ı “SOCAR Turkey”in strukturuna daxil edərək qazpaylanma sahəsində fəaliyyət göstərməyə başlayırıq. Bu böyük inteqrasiyadan meydana gələcək sinerjinin həm şirkətimiz, həm də iki qardaş ölkə iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Bizə yeni qoşulan əməkdaşlarımıza “SOCAR ailəsinə xoş gəlmisiniz” demək istəyirəm”.

“Bursagaz” və “Kayserigaz” ilə birlikdə satın alınan şirkətlərin enerji sektorunda “SOCAR Turkey”in gücünü artıracağını bildirən V.Əliyev deyib: “Biz uzun illərdir Azərbaycanda və Tbilisi istisna olmaqla bütün Gürcüstanda qazpaylanma fəaliyyətini həyata keçiririk. Müştəri məmnuniyyətini ön plana çəkərək, bu sahədə təcrübəmizi Bursa və Kayseriyə də gətirəcəyik. Əməliyyat istiqamətlərimiz arasında təbii qaz xüsusi yer tutur. Bu istiqamətdə genişlənməyi düşünürük və imkanları bundan sonra da dəyərləndirməyə davam edəcəyik”.

Satın alınan şirkətlər arasında telekommunikasiya sektoruna aid “Millenicom”un da olduğunu xatırladan V.Əliyev bu şirkətin tikintisi TANAP ilə birlikdə davam edən 1850 kilometrlik “SOCAR Fiber” layihəsi ilə sinerji yaradacağına əminliyini ifadə edib.

Son xəbərlər

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Zakir Həsənov Pakistana başsağlığı verib

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

Türkiyədə 5 maqnitudalı zəlzələ olub

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Sabah rayonlarda arabir yağış yağacaq

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bütün xəbərlər