{category-title}

 

Hər kəsə məlum olduğu kimi Azərbaycan ilk müstəqilliyini 1918-ci il 28 may tarixində elan etmiş və təəssüf ki, iki il sonra bu müstəqillik qismən də olsa Sovet İttifaqı tərəfindən əlindən alınmışdır. 

1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Qəbul edilən Konstitusiya Aktında müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisi olduğu qeyd edilmişdir.
Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan ölkə 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti olmuşdur. 11 dekabr 1991-ci il tarixində isə Respublikamızın müstəqilliyini rəsmi şəkildə tanıyan ikinci ölkə Rumıniya Respublikası olmuşdur.
Məhz bu tarixi hadisə Rumıniya və Azərbaycan arasında olan və qədim tarixə əsaslanan münasibətlərdən xəbər verir. Belə ki, Azərbaycan və Rumıniya dövlətlərarası əlaqələrin hələ XV əsrdən başlayan tarixi kökləri mövcuddur.
1473-cü ildə Ağqoyunlular dövlətinin başçısı Uzun Həsənlə Moldova knyazı Böyük Ştefan çel Mare arasında müttəfiqlik haqqında müqavilə bağlanmışdır. Bundan başqa, Azərbaycan Demokratik Respublikasının müdafiə naziri olmuş General Səməd bəy Mehmandarov Çar-rus ordusunda fəaliyyəti zamanı Rumıniya ordeni ilə təltif edilmişdir. 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasının banisi M.Ə.Rəsulzadə II Dünya müharibəsi dövründə bir müddət Rumıniyada yaşamışdır.
Müasir dövrdə iki ölkə arasında diplomatik əlaqələr 19 iyun 1992-ci il tarixindən etibarən yaradılmışdır. Belə ki, 3 noyabr 1998-ci il tarixində Rumıniya Azərbaycan Respublikasının paytaxtında öz Səfirliyini açmışdır. Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin isə 21 may 2001-ci il tarixində Buxarest şəhərində rəsmi açılışı olmuşdur.
Ölkələr arasındakı münasibətlərin inkişafı iki ölkə prezidentlərinin, nazir və deputatlardan ibarət qrupların qarşılıqlı səfərləri ilə daha da inkişaf etmiş və yeni mərhələyə qədəm qoymuşdur. Rumıniyaya ilk rəsmi səfəri 2 iyul 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev etmişdir.
Azərbaycan Respublikasının strateji tərəfdaşı olan ölkələr siyahısına Türkiyə və Pakistandan sonra 28 sentyabr 2009-cu il tarixində Rumıniya da əlavə olunmuşdur. Bu mühüm sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Buxarestə rəsmi səfəri zamanı Rumıniya Prezidenti Traian Basescu ilə imzalanmış və daha sonra 18 aprel 2011-ci il tarixində strateji tərəfdaşlığın yerinə yetirilməsi üçün Birgə Fəaliyyət Planı müəyyən edilərək iki ölkə prezidenti arasında imzalanmışdır.
Birgə Fəaliyyət Planı iki ölkə arasındakı münasibətlərin ən yeni inkişaf mərhələsi hesab edilir və özündə bir neçə vacib məsələləri cəmləşdirir:
• Siyasi dialoqun gücləndirilməsi
• Enerji və iqtisadi əməkdaşlıq və investisiya qoyuluşu
• Təhlükəsizlik sahəsində əməkdaşlıq
• Beynəlxalq təşkilatlarda, eləcə də mədəniyyət sahəsində əməkdaşlıq
Strateji tərəfdaşlığın nəticəsi olaraq, 14 sentyabr 2010-cu ildə Bakıda dövlət başçıları AGRİ (Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector) layihəsini imzalamışlar. Bu layihə Azərbaycan üçün böyük siyasi əhəmiyyətə malik olub, Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolunu daha da artırmışdır. Layihə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır və onun icrası Azərbaycan ilə Avropa ölkələri arasında iqtisadiyyatla yanaşı, eyni zamanda siyasi əməkdaşlığın inkişafına öz töhvəsini vermişdir.
Bundan başqa, iki ölkə arasında enerji və iqtisadi sahədə də əməkdaşlıq sürətlə inkişaf etməkdədir. 2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada öz nümayəndəliyini açaraq iki ölkə arasındakı ən böyük yatırımı həyata keçirdi.
Həmçinin, humanitar və təhsil sahəsində də iki ölkə arasında müvafiq sazişlər imzalanmış və tədbirlər həyata keçirilmişdir.
2001-ci ildən etibarən Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü və Azərbaycanın Rumıniyadakı səfirliyinin dəstəyi ilə iki xalqın ədəbiyyatının görkəmli nümunələrindən 60-a yaxın kitab azərbaycan və rumın dillərində nəşr olunmuşdur.
Paytaxt Buxarest şəhərinin Tey adlanan parkında Heydər Əliyevin və Bakı şəhərində tanınmış rumın bəstəkarı Corc Eneskunun büstləri ucaldılmışdır.
Hər il onlarla tələbə xüsusi təqaüd və tələbə dəyişimi proqramı vasitəsilə ali məktəblərdə təhsillərini davam etdirirlər. Hazırda, Bakı Slavyan Universitetində rəsmi olaraq Rumıniyadan dəvət olunmuş müəllimlər tərəfindən rumın dil kursları tədris edilməkdədir.
Bütün bunlar Rumıniya və Azərbaycan arasında bünövrəsi hələ XV əsrdə qoyulan dostluq və müttəfiqlik əlaqələrinin bugün də yüksək səviyyədə inkişaf etdirildiyindən və qarşıya qoyulan məqsədlərin iki xalqın mənafeyinə uyğun şəkildə həyata keçirildiyinin bir sübutudur.

 


09.06.2019

Tural İ. Huseynli

Buxarest Rumıniya

Son xəbərlər

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Bütün xəbərlər