{category-title}

Avro-2020-nin ən ucuz biletləri Bakıda - UEFA açıqladı

 

UEFA Avro-2020-nin final mərhələsinin biletlərinin qiymətlərini açıqlayıb. 

Qol.az xəbər verir ki, ən ucuz biletlər Bakı, Budapeşt (Macarıstan) və Buxarest (Rumıniya) şəhərlərində keçiriləcək oyunlaradır.

Bu qarşılaşmalar üçün 3-cü kateqoriyalı bilet 30, 2-ci kateqoriyalı bilet 75, 1-ci kateqoriyalı bilet isə 125 avroyadır.

Ən bahalı bilet isə Londonda keçiriləcək final matçınadır - 945 avro. İngiltərənin paytaxtında yarımfinal matçlarının biletləri 85-595, final oyunu üçün isə 95-945 avro olacaq.

Azarkeşlər üçün ümumilikdə 2.5 milyon bilet ayrılıb. 12 iyun – 12 iyul tarixlərində 1.5 milyon bilet Euro-2020.com saytında satışa çıxarılacaq. Digər 960 min bilet isə pley-off-da mübarizə aparacaq millilərin azarkeşləri üçün nəzərdə tutulub. Bu biletlər noyabrın  30-da – püşkatmadan sonra satışa çıxarılacaq.
Hər bir şəxs maksimum 4 bilet ala və bir gün ərzində yalnız 1 oyuna baxa bilər.

Qeyd edək ki, Avropa çempionatının oyunları 2020-ci il iyunun 12-dək iyulun 12-dək 12 şəhərdə keçiriləcək. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda olacaq.

Son xəbərlər

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında XI tura start verilir

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

İran Ermənistana xəbərdarlıq edib

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Bütün xəbərlər