{category-title}

Qazaxıstanda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası yaradılıb

 Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının (TTSP) Əsasnaməsinin imzalanma mərasimi keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) ONA-ya verilən məlumata görə, tədbirdə Azərbaycanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi səfir Bağdat Amreyevin dəvətinə uyğun olaraq ASK-ın prezidenti Məmməd Musayev təmsil edir.

İmzalanma mərasimində ASK-nın nümayəndə heyəti ilə yanaşı, Qazaxıstanın baş naziri Askar Mamin, Milli İqtisadiyyat naziri Ruslan Dalenov, “Atameken” Qazaxıstan Milli Sahibkarlar Konfederasiyasının İdarə heyətinin sədri Ablay Myrzahmedov, Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) prezidenti Rifat Hısarcıklıoğlu, Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və digər rəsmi qonaqlar da iştirak edib.

Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasında Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Qazaxıstan Respublikası Sahibkarlar Milli Palatası (QRSMP), Qırğız Respublikası Ticarət və Sənaye Palatası (QRTSP), Türkiyə Palatalar və Birjalar Birliyi (TƏMPB), Türkmənistan Respublikası Ticarət və Sənaye Palatası (TSP Türkmənistan), Özbəkistan Ticarət və Sənaye Palatası təmsil olunurlar.

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının məqsədi Türkdilli dövlətlərin biznes sektorundakı əməkdaşlığı inkişaf etdirmək və bununla iqtisadi inteqrasiyaya, iqtisadi və ictimai inkişafa nail olmaqdır.

Beləliklə, Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının üzv dövlətlərinin bəyannaməsi əsasında Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana və Çolpon-Atada Türkdilli dövlətlər arasında keçirilən zirvə görüşlərinin təşkil olunması qərara alınıb.

Türkdilli dövlətlərin iqtisadiyyatlarının bir-birini tamamlaması faktoru, üzv dövlətlərin biznes icmaları arasında iqtisadi əlaqələrin gücləndirilməsi və türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı etdirilməsi əsas hədəflərdəndir. 

Qurumun vəzifələri arasında üzv ölkələrin mal və xidmətlərin mübadiləsinə mane olan amilləri, o cümlədən nəqliyyat problemlərini aradan qaldırmaqla, bölgədə ticarətin asanlaşdırılmasını təmin etmək, xarici investisiya yatırımlarının artırılması məqsədilə investisiya mühitinin inkişafına kömək göstərmək və türkdilli dövlətlərin şirkətləri arasında yarana biləcək ticari mübahisələrin həllində yardımlaşma istiqamətləri də var.

Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatası eyni zamanda Türk Şurası Sammiti müddətində dövlət rəhbərlərinin İqtisadi Şurasının verdiyi təlimatları yerinə yetirmək funksiyası daşıyır.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının yaradılması barədə razılıq 14 dekabr 2018-ci il tarixində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türkdilli Dövlətlərin Biznes Şurasının rəsmi görüşü zamanı əldə olunub.
 

Son xəbərlər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında XI tura start verilir

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

İran Ermənistana xəbərdarlıq edib

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv

Bütün xəbərlər