{category-title}

“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans təşkil edilib

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) və Dövlət Film Fondunun dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib.

ARKİ-dan AZƏRTAC-a bildirilib ki, Dövlət Film Fondunda təşkil olunan konfransı ittifaqın birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan kinosuna göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Qeyd edib ki, bu il 121-ci illiyi qeyd edilən Azərbaycan kinosunun inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan kinematoqrafçılarının peşə bayramı, “Milli Kino Günü” yaradılıb və onun qayğısı ilə “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Cavid ömrü”, “Hökmdarın taleyi” və başqa tarixi filmlər ərsəyə gəlib.

Tədbirdə kinoşünas Aydın Kazımzadə 1984-cü il mayın 18-də Moskvada SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini Heydər Əliyevin Azərbaycan Kinematoqrafçıları ilə məşhur görüşünü xatırladıb.

Sonda rejissor Etibar Məmmədovun “Qalxan və Qılınc” filmi nümayiş olunub.

Son xəbərlər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında XI tura start verilir

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

İran Ermənistana xəbərdarlıq edib

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv

Bütün xəbərlər