{category-title}

XİN Azərbaycan və NATO münasibətləri haqda

 

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın 1994-cü il 4 may tarixində NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramına qoşulmasının 25 illiyinə dair bəyanat yayıb.

XİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:

"25 il bundan öncə bu gün Azərbaycan Respublikası Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh naminə Tərəfdaşlıq proqramına qoşulub. 1994-cü ilin 4 may tarixində Ümummilli lider Heydər Əliyev NATO-nun mənzil-qərargahını ziyarət etdi və Sülh naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədini imzaladı. Həmin vaxtdan etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub.

NATO ilə əməkdaşlıq Azərbaycanın xarici və təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür.

SNT proqramı şübhəsiz ki, Alyansın ən uğurlu proqramlarından biridir və Azərbaycan Avro-Atlantik təhlükəsizliyin möhkəmləndirilməsində onun rolunu müsbət qiymətləndirir.

NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə söykənib.

Azərbaycan NATO müttəfiq ölkələri tərəfindən tərəfdaşlığımızın başlanğıcından bəri zirvə bəyannamələrində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə və münaqişənin məhz bu prinsiplər əsasında həllinə davamlı dəstək nümayiş olunmasını alqışlayır.

Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir.

Azərbaycan və NATO sülhməramlı əməliyyatlar sahəsində möhkəm tərəfdaşlığa malikdir. Azərbaycan NATO-nun rəhbərlik etdiyi və BMT Təhlükəsizlik Şurasının mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara ilk töhfə verən ölkələrdəndir. Hal-hazırda Azərbaycan Əfqanıstanda NATO missiyasına ordu birləşmələri ilə töhfə verir və missiyaya dəstək olaraq özünün hava məkanından və yerüstü kommunikasiya xəttlərindən istifadəyə imkan yaradır. Azərbaycan, həmçinin əfqan təhlükəsizlik qüvvələrinin təliminə mühüm maliyyə dəstəyini təmin edir.

Azərbaycan Avro-Atlantika ərazisində və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyin qorunması məqsədilə Sülh naminə Tərəfdaşlıq çərçivəsində əldə etdiyi nailiyyətlərə əsaslanaraq və onun prinsiplərinə və məqsədlərinə uyğun olaraq, NATO ilə işləməyə davam etməkdə qətiyyətlidir".

Son xəbərlər

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Azərbaycan-Litva Dəyirmi Masası keçirilib

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib

Sabahın hava proqnozu açıqlanıb

Slovakiyanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Pezeşkian: Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb

Türkiyədə Özcan Dəniz də daxil narkotik istintaqı çərçivəsində saxlanılan 9 nəfər sərbəst buraxılıb

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri dəyirmi masa müzakirəsi keçirəcək

"Dövlət Auditi" İnformasiya Sistemi ilə bağlı görülmüş işlər açıqlanıb

Qazaxda fərdi evin həyətyanı sahəsində partlayış baş verib, xəsarət alanlar var

Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib

Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub

Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı

İslam Rzayevin əmlakı üzərinə həbs qoyuldu - Siyahı

Sudanın cənub-şərqində dron zərbələri nəticəsində 19 dinc sakin ölüb

Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb

İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib

Bu gün Kəlbəcər Şəhəri Günüdür

Lənkəranın 7 kəndində işıq kəsiləcək

Azərbaycan neftinin qiyməti 96 dolları keçib

Bütün xəbərlər