{category-title}

Cavid Hüseynovdan şikayət var... - Müraciət

 

“ATE HÜQUQ MƏRKƏZİ”nin rəhbəri Telman Əzimov Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynovdan Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Bizimxeber.az-a daxil olan məlumata görə, vəkil sözügedən şəxsin məktub və şikayətlərə laqeyd münasibətindən şikayətçidir. 

Müraciəti olduğu kimi təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə…

Cənab Prezident!

06 aprel 2019-cı il tarixində Qubadlı Rayon Məhkəməsinin hakimi Vladimir Ruvinovun hərəkətləri barədə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri cənab Cavid Hüseynovun ünvanına şikayət məktubu yazmışam.

Şikayətim 10.04.2019-cu il tarixində 1/Ə-144/2 Aparatın aparıcı məsləhətçisi Seyfəlpaşa Əliyev tərəfindən şikayətçi olduğum Qubadlı Rayon Məhkəməsinin hakimi Vladimir Ruvinovun özünə göndərilmişdir.

Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası Aparatında ərizələrə cavab verilməsi və imzalanması hansı qanuna əsasən Seyfəlpaşa Əliyevinin səlahiyyətinə verilmişdir? Bunu bilmək bir hüquqi şəxs kimi mənim üçün çox maraqlıdır. Hesab edirəm bu barədə mənə rəsmi cavab veriləcəkdir. Əgər bu qanunsuzdusa onda belə görünür ki, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri cənab Cavid Hüseynov bizim yazdığımız şikayətlərəri oxumur və yaxud da oxumağa vaxtı yoxdur.

«30» sentyabr 2015-ci il tarixində “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qanun imzalanmışdır.

Həmin qanunun 7.11-ci maddəsində göstərilir, vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.

Görünür aparatın aparıcı məsləhətçisi Seyfəlpaşa Əliyev yuxarıda göstərilən qanunun tələbini ya bilmir və ya bilmək istəmir. Yuxarıda göstərilənlərə əsasən şikayətimizin araşdırılması və qanuna müvafiq qaydada tədbir görülməsi barədə bizə rəsmi qaydada cavab verilməsinə köməklik göstərilməsini Sizdən xahiş edirik.
 \\Bizimxeber.az\\ 

 

Son xəbərlər

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında XI tura start verilir

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

İran Ermənistana xəbərdarlıq edib

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv

Bütün xəbərlər