{category-title}

Corc Rassel: Bakıya qayıtmağıma şadam

 

Ötən il Corc Rassel Formula 2 bazar günü yürüşünün qalibi olub, Robert Kubitsa isə Azərbaycanda ilk dəfə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, baş yürüş mühəndisi Deyv Robson deyib: “Bakı küçələri Formula 1 mövsümünün dördüncü mərhələsinin yürüş trası olacaq. Trasın bir neçə xüsusiyyətləri var: burada bir neçə eniş, mürəkkəb əyləclər və çox uzun düz yol var. Uik-endin əsas hadisələrinin axşam vaxtı keçirilməsini nəzərə alsaq, asfalt tez soyuya bilər ki, bu da yürüşçüləri bəzən qəfil yaxalayır.

Dairənin uzunluğu altı kilometrdən çoxdur. Bu tras Spadan sonra ən uzun ikinci yoldur. Konfiqurasiyaların xüsusiyyətləri komandaları maşınların sazlanması zamanı tam gücü ilə hərəkət etməyə və düz yoldakı sürətlə dar və ikinci sektordakı dolanbac sahələrdəki yavaşlama arasında kompromis tapmağa vadar edir.

Corc bu trasla tanışdır. O, ötən il Formula 2 sprinter yürüşünün qalibi olub. Robert üçün isə bu, yürüşlərə qayıtdıqdan sonra yeni təcrübə olacaq.

Robert Kubitsa qeyd edib ki, mövsümün dördüncü mərhələsi – Bakı yürüşünün vaxtı çatıb. “Bakı bizi gözləyir, ötən il gördüklərimə əsasən deyə bilərəm ki, tras çox mürəkkəbdir, tələbkardır və pilotdan məharət istəyir. Mən orada ilk dəfə çıxış edəcəyəm. Əvvəllər bu cür traslarda şütümək çox xoşuma gəlirdi, ümidvaram ki, indi də həmin hissləri keçirəcəyəm”, -deyə pilot vurğulayıb.

Corc Rassel deyib: “Bakıya getməyi səbirsizliklə gözləyirəm. Deyə bilərəm ki, Azərbaycanda ötənilki uik-end mənim Formula 2-də ən yaxşı çıxışım olub. Biz hər iki yürüşü udmalı idik. Mən şənbə yürüşündə liderlik edirdim, lakin son dairələrdə seyfti-kardan sonra məyusedici insident baş verdi. Növbəti gün mən bunun əvəzini çıxdım və 12-ci yerdən start götürərək ikinci yürüşün qalibi oldum. Mənim bu trasla bağlı əla xatirələrim var. Mən Bakıya qayıtmağıma şadam”.

Son xəbərlər

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Bütün xəbərlər