{category-title}

"Prezident İlham Əliyev çevik diplomat kimi düşünülmüş xarici siyasət yürüdür" - Rusiyalı ekspertlər

 "Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarazlı və düşünülmüş siyasət yürüdərək öz mənafelərini təmin edir. Fikrimcə, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət son dərəcə düşünülmüş, ardıcıl, tarazlı, hətta deyərdim müstəsna istedadla, az qala diplomatik düha əlaməti ilə həyata keçirilir”. 

Bu sözləri “Report”a rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun Baş direktoru Sergey Markov deyib.

O, Azərbaycan Prezidentinin diplomatiyada göstərdiyi yüksək çevikliyinin Azərbaycan xalqının qədim mədəniyyətinə xas olmaqla yanaşı, həm də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda aldığı təhsil illərində daha da təkmilləşdiyini dilə gətirib: “Bu da onunla fəxr etmək üçün bizə əsas verir”.

Ekspertin fikrincə, bu gün Azərbaycan diplomatiyası son dərəcə tarazlı siyasət yürüdür: “Azərbaycan seçkilərin geosiyasi rəqiblər Rusiya və ABŞ-ın dəstəyi ilə keçirilən nadir ölkədir. Azərbaycan həm Qərblə, həm də Rusiya ilə gözəl münasibət saxlamağı bacarır. Bakının Rusiya ilə NATO Baş Qərargah rəislərinin görüşü də daxil olmaqla bir çox mühüm görüşlər üçün məkan seçilməsi də bitərəfliyin və müsbət mövqenin daha bir ifadəsidir”.

S.Markov Azərbaycanın müxtəlif geosiyasi güc mərkəzləri ilə yaxşı münasibətlərindən faydalandığını söyləyib: “Məsələn, Rusiya və Türkiyə ilə yaxın münasibətlərə malik olan Azərbaycan və şəxsən Prezident İlham Əliyev Moskva ilə Ankara arasında məlum böhrandan sonra münasibətlərin bərpasına töhfə verib. Azərbaycan həm də müasir dövrün üzə çıxan problemlərini müzakirə etmək baxımdam həm təşəbbüskar, həm də yer sahibidir. Burada əsas yer tutan Bakı Beynəlxalq Humanitar Forumunda sülh və əmin-amanlıq üçün müstəsna əhəmiyyət daşıyan multikulturalizm ideyaları hərtərəfli irəli aparılır. Belə ki, müasir dünyada Azərbaycan multikulturalizmin bayraqdarlarındandır”.

Bu il martın 16-da Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv fərmanını “Azərbaycan rəhbərliyinin mərhəmətinin, ölkə daxilindəki gücünün” əlaməti kimi dəyərləndirən rusiyalı politoloq həmin sənədin Azərbaycanı siyasi məhbus qismində gördükləri bəzi şəxsləri saxladığına görə tənqid edən Qərblə də münasibətləri müəyyən qədər yaxşılaşdırmağa kömək etdiyi qənaətindədir.

Rusiyalı digər ekspert Yevgeni Mixailov Azərbaycanın son illər sabit və müsbət mənada ardıcıl xarici siyasət qurduğunu vurğulayıb: “Bu siyasət istər yaxın ölkələrlə mehriban qonşuluq münasibətləri inkişaf etdirməyə, istərsə də bütün dünyada ölkənin mövqelərini gücləndirməyə yönəlib. Belə ki, Afrika və Latın Amerikası ölkələrinin liderlərilə fəal şəkildə aparılan danışıqlar Azərbaycanın iqtisadi və siyasi maraqlarının coğrafi mənada genişlənməsinə dəlalətdir”.

Onun fikrincə, Azərbaycan rəhbərliyi bu gün, ilk növbədə, ölkənin təhlükəsizliyinə və əhalinin rifahına yönələn siyasət yeridir.

“Təhlükəsizlik məsələsinə gəlincə, bu gün qarşımıza güclü, yüksək döyüş qabiliyyətli, mükəmməl silahlanmış ordusu ilə yeni bir Azərbaycan çıxır. İqtisadi cəhətdən bir çox ölkə ilə müqayisələr apararaq bu gün Azərbaycan əhalisinin özünü arxayın və kifayət qədər təminatlı hiss etdiyini deyə bilərik. Bunu respublikaya səfərlərim zamanı şəxsən gördüklərimə əsasən təsdiqləyə bilərəm” – rusiyalı politoloq vurğulayıb. 

O, Azərbaycan ordusunun məhz İlham Əliyev və komandasının diqqəti sayəsində bu qədər gücləndiyini diqqətə çatdırıb.

“Ağıllı və təhsilli bir insan olan Prezident İlham Əliyev əvvəla strateqdir, minlərlə günahsız insan qanının tökülməsini istəmir. Həm də qənaətimcə, son illər məhz sabitsizlikdən cana doymuş Qarabağ ermənilərinin Bakı ilə isti münasibət qurması üçün məqsədyönlü addımlar atılır, böyük səylər göstərilir. Qarabağ ermənilərinin, müharibə iştirakçılarının vaxtilə azərbaycanlılarla yaxşı dolandıqları barədə fikirlərinin mətbuatda mütəmadi dərc olunmağa başlaması da təsadüfi deyil. Həm də sovet vaxtı Qarabağ həyat səviyyəsi sarıdan Azərbaycanın digər bölgələrindən irəlidə olub. Əgər diplomatik danışıqlar nəticəsiz qalarsa, Prezident İlham Əliyevin sərt addımlar atmağı bacaran lider olduğu da təsdiqlənəcək", - o deyib.

Rusiyalı politoloqun sözlərinə görə, dahi atası Heydər Əliyevin xələfi olan İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini gücləndirmək üçün xeyli işlər görüb.

“Qabaqcıl universitetlərdə dərs deməklə nəhəng təməl təcrübə toplamış İlham Əliyev bütün biliklərini siyasətə gətirərək ölkəsi naminə istifadə edir. İstər beynəlxalq media qurumları, istərsə də müxtəlif ölkələrin siyasi xadimləri dünya səviyyəli tədbirlər, görüşlər zamanı İlham Əliyevin danışıqları təmkinlə, ardıcıllıqla apardığını, xalqı üçün zəruri nəticələri əldə etməyi bacardığını qeyd edirlər”, – Yevgeni Mixailov fikrini tamamlayıb.
 

Son xəbərlər

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb

Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb

Azərbaycan Premyer Liqasında XI tura start verilir

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

İran Ermənistana xəbərdarlıq edib

Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı

Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib

Bütün xəbərlər