{category-title}

Saatlar sonra Moskvada Qarabağla bağlı QƏRAR VERİLƏCƏK: bu dəfə 5 rayon yox...

 

Moskvada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan arasında Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə görüş başlayıb.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.

Məlumatlara görə, müzakirələr martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən görüşünün nəticələr üzərində qurulacaq. Vyana görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistan liderləri ilə telefon əlaqəsi yaradaraq, müzakirələr aparmışdı. Bunun arfdından Moskvada nazirlərin görüşünün təşkili daha çox Dağlıq Qarabağ münaqişəsi ətrafında geosiyasi maraqlardan irəli gəlir. Rusiya münaqişənin həllində təşəbbüsün ABŞ-ın əlinə keçməsini istəmir.

Əsas hissəsi qapalı olacaq görüşdə Dağlıq Qarabağ münaqişənin həlli yolları müzakirə olunacaq, lakin konkret detallar bəlli deyil.

Görüşün nəticələrini proqnozlaşdırmaq çətindir, lakin bəzi şərhçilər Moskva görüşündən sonra cəbhədə hərbi toqquşmaların arta biləcəyini vurğulayırlar.

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov hesab edir ki, münaqişənin nizama salınmasında ictimai proses dalana dirənib, sadəcə olaraq, qeyri-kütləvi proses gedir.

"Liderlərin və yüksək vəzifəli şəxslərin bəyanatları prosesin kiçik hissəsidir, ola bilər ki, onlar prosesin dalana dirəndiyi təəssüratını yaradırlar. Açıq mübahisə edir, bir-birinin mövqeyini qəbul etmir, bir-birinin yanaşmalarını rədd edirlər, lakin həm də görüşə razılaşırlar. Bu, o deməkdir ki, bizim bilmədiyimiz çağırışlar var. Vyana görüşü 3 saat davam edib və ola bilməz ki, bu müddətdə adi məsələlər müzakirə olunsun", - deyə o bildirib.

Lakin Moskva görüşünün münaqişənin həlli istiqamətində aparılan danışıqlar yönünün dəyişdirmək ehtimalları da səsləndirilir. Ehtimallara görə, Sergey Lavrov "Lavrov planı" adını alan təklifləri yenidən tərəflərə təqdim edəcək, lakin bu dəfə yenilənmiş formada. İstisna deyil ki, Rusiya Azərbaycanı razı salmaq üçün ilkin mərhələdə 5 yox, daha çox rayonun qaytarılması təklifi ilə çıxış etsin, o cümlədən, Ermənistanın Türkiyə və Azərbaycanla kommunikasiyaların qurulması işini öz üzərinə götürməyi təklif etsin.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

Bütün xəbərlər