{category-title}

Dövlət Sığorta Kommersiya Şirkəti də belə diqqət cəlb edir... - GİLEY

 Sığorta dələduzluğu günün “dəbdən düşməyən” qonularındandır. Dövlət Sığorta Kommersiya Şirkəti Qarabağ əlillərinin, şəhid ailələrinin qanpulunu dələduzluqla mənimsəyir, özəl sığorta şirkətləri də sığorta olayı baş verəndə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmirlər.

Ən böyük dələduzluq “reqress dələduzluğu”, yəni öhdəliyin başqasının üzərinə qoyulmasıdır. Bu dələduzluq avtomobil yiyələrinin üçüncü şəxslərə vurduqları ziyanın ödənilməsi hallarında geniş yayılıb. Bu sahədə vəziyyət o həddə çatıb ki, hətta sığorta hadisəsinin - qəzanın səbəbkarı kimi yola çıxan mal-heyvan yiyələrindən “reqress iddia dələduzluğu” ilə ödəniş tələbi alınır. Təsəvvür edin, “heyvanın yol hərəkəti qaydasını pozmasına” görə yiyəsi cəzalanır.

“Diqlas”ın yanması sığorta məsələsini yenidən ən yuxarı səviyyədə gündəmə gətirdi. Bəlli oldu ki, sığorta şirkətləri sahibkarlıq obyektlərini yanğından sığortalamaqda maraqlı deyillər. Bu maraqsızlıq risk dərəcəsinin böyüklüyü ilə izah olunur. Bəs digər bədbəxt olaylardan necə, onları sığortalamaq da risklidir?

Sadəcə, sahibkarların, vətəndaşın sığorta şirkətlərinə inamı yoxdur, problem bundadır. “Diqlas” həm ölçülərinə, həm də işçilərin sayına görə yetərincə iri obyektdir. Təbii ki, yiyəsi də sıradan sahibkar yox, ən iri məmurlardandır. Ona görə də “tüstüsü” hələ də “yandırır”! Demək istəyirik ki, belə obyektlərin sığortaçısı elə öz sığorta şirkətləri olur. Sığortası olmasa da, dövlət məmur sahibkarlığının inkişafına yardımını əsirgəmir. Adi sahibkara gəldikdə isə, yanan da sahibkar olur, yaman günə qalan da.

Bir il qabaq - 15 aprel 2018 -ci ildə Ağsu şəhərində iş adamı Sabir Mustafayevə məxsus çörək sexi içindəki inventarla birlikdə yanıb kül olub. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi 12.06.2018-ci il tarixli qərar ilə cinayət işi qaldırılmasından imtina edib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 11.06.2018 tarixli 40137 saylı rəyi ilə binaya dəyən ziyan məbləği 75541 manat, inventarlara dəyən ziyan isə 114606 manat müəyyən edilib. Sığortaçı “Azsığorta” şirkəti inventara cavabdehlik daşımadığını, yalnız tikilinin sığortalandığını bildirib və Ədliyyə Nazirliyinin rəyi ilə müəyyən olunmuş məbləği ödəməyə razılıq verib. Lakin bir ildir şirkət nəinki sığorta ödənişi edir, əksinə, dələduzluq yolunu tutub, sahibkara cəmi 15 min 110 manat ödəməyi təklif edir.

“Azsığorta” şirkətinin idarə heyətinin sədri Anar Talıbov yanıb külə dönmüş çörək sexinə dəyən ziyanın ekspert tərəfindən 15 min manat qiymətləndirildiyini açıqlayıb. Sahibkarın Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayəti də sonuc verməyib. Palatadan idarə heyətinin üzvü Əfqan Baxışov bildirib ki, “Azsığorta” şirkətinin ekspertizası dəyən ziyanı 15100 manat dəyərində qiymətləndirib və avtomobilə (?-M.B.) dəyən ziyanın sığorta şirkətinin eksperti tərəfindən yenidən qiymətləndirilməsi təklif olunub. Fikir verin, Palata yanan çörək sexini avtomobillə dəyişik salıb, ekspertiza sahəsində ən yüksək qüvvəyə malik olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyi sığorta şirkətinin rəyindən aşağıda tutur! (?) Özü də 13 dəfə! Ümumi ziyan məbləği 190 min manat olduğu halda, sığorta şirkəti sığorta haqqı aldığı sığortalaya cəmi 15 min pul təklif edir! Belədə hansı nəzarətdən, hansı bədbəxt olaydan sığortalanmaqdan söhbət gedə bilər?

Fövqəladə Hallar Nazirliyi yanğın zamanı dəyən ziyanın ödənilməsinin sığorta şirkətinin səlahiyyətinə aid olduğunu, sığorta dələduzluğuna qarışmaq səlahiyyətinin olmadığını vurğulayıb. Göründüyü kimi, bütün çabalar, yollar sığorta dələduzluğuna aparır. Sığorta sahibkarlığı da məmurların monopoliyasında olduğundan yanan sahibkarın tüstüsü təpəsindən çıxır.
Məğrur BƏDƏLSOY
 

Son xəbərlər

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Sabah yağış yağacaq, şimşək çaxacaq

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb

Bütün xəbərlər