{category-title}

Cəlilabadda marketdə zəhərlənənlərin kimliyi və hadisənin səbəbi məlum olub - YENİLƏNİB

 

 Cəlilabad rayonunda marketdə zəhərlənənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə şəhərdə yerləşən "Green Store" adlı marketdə baş verib.

Zəhərlənənlərin hamısı marketin işçiləridir. Bunlar Hadiyeva Aidə Həşim qızı (1992-ci il təvvəlüdlü), Şəbiyeva Zeynəb (2003-cü il təvvəlüdlü), Quliyeva Aidə Qurban qızı (1994-ci il təvəllüdlü), Şəbiyeva Sevinc Ərəstun qızı (1984-cü il təvəllüdlü), Abdullayeva Rəna Mehman qızı, Eynullayeva Günay Rafət qızı, Bağırova Gülnar Tofiq qızı və Ağayeva Afət Mirhüseyn qızıdır.

Məlumata görə, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlulda işçilərin zəhərlənməsinə səbəb olub. Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


*** 10:22

Cəlilabad rayonunda kütləvi zəhərlənmə olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə marketlərdən birində qeydə alınıb. 

Belə ki, 14 nəfər zəhərlənmə əlamətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan bir neçəsi Reanimasiya şöbəsinə yerləşdirilib.

Zəhərlənmənin yuyucu vasitələrdən baş verdiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb

"Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM

Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb

Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb

Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir

Ömür yollarında silinməz izlər buraxan vətən övladı- Kərim Tahirov

İnsan sağlamlığına xidmət edən, şəfa paylayan əlləri və yüksək peşəkarlığı ilə seçilən həkim: Dr. Taleh Yaqublu örnəyi

Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Vətən sevgisi, şəhid ehtiramı: Seymur Məmmədov imzası

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər