{category-title}

“Baku Medical Plaza”dan görünməmiş rüsvaylıq: - xəstəni əməliyyat adıyla aldatdılar

 

 

Bakının ən bahalı klinikalarından hesab olunan "Baku Medical Plaza” adı növbəti qalmaqalda hallanır.

PressXeber.info Medicina.az-a istinadən xəbər verir ki, Ağcəbədi rayonu sakini 15 yaşlı Sevda Məmmədova bu xəstəxanada əməliyyata hazırlaşsa da, onu əməliyyatı baş tutmayıb. Buna səbəb isə xəstəxana rəhbərliyinin yeniyetmə qızın ailəsini aldatması olub. 

Belə ki, Məmmədovanın xalası qızı Ayşən Ayxan feysbukda məsələ ilə bağlı yazıb ki, qohumarı klinikanın Babək filialının həkimi Vüsal Mahmudovla danışıb, həkim ailəyə bildirib ki, xəstənin ayaq vətərlərində problem var və əməliyyatla bu aradan qaldırılacaq: "Klinika əvvəlcə məbləği 4000 manata danışıb və əməliyyatın vaxtı dəqiqləşdirmişdi. İndi isə xəstəxanadan deyilib ki, əməliyyat 12000 manat qarşılığında həyata keçirilir. Sən uşağını psixoloji bu əməliyyata hazırla, çox çətinliklə pul tap və son anda qiyməti qaldırsınlar”.

A.Ayxan bildirib ki, Sevdanın 15 yaşı var, 15 ildir yerimir. Müalicə olunsa da, çox az təsiri olub. Valideynlərinin ümidi bu və bundan sonra keçiriləcək əməliyyatlara idi. Onu da belə əllərindən alırlar: "Xalamgil dekabrın 18-i Baku Medical Plazada Vüsal Mahmudovun qəbulunda olublar. Həkim Sevdanə müayinə etdikdən sonra bildirib ki, onun elə də ciddi problemi yoxdur. Sadəcə, ayaq və qol vətərləri uzadılmalıdır. Bu da 4000 AZN edir. Türkiyədən gələn həkimlərin bu əməliyyatı həyata keçirdiklərini, həkimlərin bir ay sonra gələcəyini deyib. Xalamgil də yanvarda müalicəyə gələndə əlaqə saxlayıblar, bildirilib ki, həkimlər fevralda gələcək. Xalam həkimlə danışıb deyib, 2000 manat pulumuz var. Olar ki, birinci ayaqları əməliyyat olunsun, daha sonra qolları. Həkim razılaşıb. Bu günə təyin olunan əməliyyata getdikdə isə əməliyyat edən türk həkim deyib, nə 2000, nə 4000, əməliyyatın qiyməti 15 mindir, biz sizə güzəşt edib 10-12 minə edərik. Səbəb kimi göstərib ki, ayaqda 15 yerdən əməliyyat olunmalıdır, təkcə vətərlər deyil”. 

Gənc qızın qohumunu deyib ki, həkimin haqqında bəhs etdiyi əməliyyat barədə ailənin məlumatı var: "Türkiyədə belə bir əməliyyat var, qiyməti 15-20 min civarındadır. Amma adamların buna maddi imkanı çatmır deyə ilkin olaraq vətərlərin əməliyyat olunmasını istəyiblər. Onlar isə etməyiblər”.
 

Son xəbərlər

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Qazaxıstanda 3 milyard dollar investisiya ilə yeni xüsusi iqtisadi zona yaradılacaq

İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır

Bütün xəbərlər