{category-title}

Səfir Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyuldu - Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “kölgə düşürməkdə” günahlandırılır

 Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı “Ensonhaber” adlı Türkiyə portalı yayıb.

Məlumata əsasən Elşad İsgəndərov Azərbaycanla Türkiyə arasındakı münasibətlərə “kölgə düşürməkdə” günahlandırılır. Hərçənd bu barədə məlumat çox yayğın və dumanlıdır.

“İslam Əməkdaşlıq Təşkilatının yanvarın 15-də keçirilən toplantısında Türkiyə ilə Azərbaycan arasında dostluğa kölgə düşürən azərbaycanlı səfirin Türkiyəyə girişinə qadağa qoyulub”-xəbərdə belə deyilir.

Məlumata görə həmin toplantıda Körfəz ölkələrindən birinin səfiri söz alaraq Azərbaycan XİN-dən bir nəfər səlahiyyətli şəxsin onların Bakıdakı səfirliklərinə gedərək “Türkiyənin onlara tələ qurduğunu” bildirib. Səfir bununla bağlı Türkiyə tərəfindən izahat istəyib. Səfirin bu çıxışı ilə bağlı Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı səfiri Şahin Abdullayev açıqlama verib.

Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan rəsmi məqamları “XİN-in verdiyi yanıldıcı məlumata görə” işin bu nöqtəyə gəldiyini bildiriblər və həmin çıxışın geri alındığını bildiriblər.

Məlum olub ki, Azərbaycan adına ərəb ölkəsinin Bakıdakı səfirliyinə həmin məlumatı verən şəxs hələ də XİN-də vəzifə tutan səfir Elşad İsgəndərovdur. Nəticədə məsələnin üzə çıxmasından sonra İsgəndərovun Türkiyəyə girişinə və səyahətinə qadağa qoyulub, o “persona non qrata” elan edilib.

Elşad İsgəndərov Azərbaycanın Dini məsələlər üzrə Dövlət Komitəsinin keçmiş sədridir. Bu vəzifədən 2014-cü ilin mayında uzaqlaşdırılandan sonra İƏT-in gənclər strukturunun-Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun sədri seçilib. 2018-ci ilin oktyabrında onun həmin vəzifədə səlahiyyət müddəti başa çatıb və İsgəndərov XİN-də Xüsusi Tapşırıqlar üzrə Səfir vəzifəsinə keçirilib.

Elşad İsgəndərovun adı Fətullah Gülənin təriqəti ilə bağlı dəfələrlə hallanıb və onun Dini qurumlar üzrə Dövlət Komitəsinin rəhbərliyindən də bu səbəblə uzaqlaşdırıldığı bildirilib. Hazıda Fətullah Gülənin təriqəti Türkiyədə FETÖ, yaxud silahlı terror təşkilatı kimi tanınır.
 

Son xəbərlər

Lavrov: Ermənistandan KTMT-dən çıxmaqla bağlı müraciət daxil olmayıb

Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar

Bolqarıstanda zəncirvari iki yol qəzasında ölənlərin sayı 11-ə yüksəlib, 48 nəfər xəsarət alıb - Yenilənib

Cevdet Yılmaz COP31-də Azərbaycan pavilyonunu ziyarət edib

İlham Əliyev Ərdoğana başsağlığı verib

Şəkiyə 33 sm qar yağıb - Faktiki hava

Azərbaycan neftinin qiyməti 100 dollara düşüb

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb

Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb

Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb

Sabah Bakıda hava yağmursuz olacaq

İlham Əliyev Kamboca Kralını təbrik edib

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq

Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bu gün Azərbaycanda Zəfər Günüdür

Şuşanın azad olunmasından 6 il ötür

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Bütün xəbərlər